Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

UEFA rəsmən açıqladı: AVRO-2020 AVRO-2021 oldu

17.03.2020 19:19 2 062
UEFA rəsmən açıqladı: AVRO-2020 AVRO-2021 oldu
UEFA İcraiyyə Komitəsi rəsmi qərarını açıqlayıb.

AVRO-2020 rəsmi olaraq koronavirus təhlükəsinə görə 12 ay sonraya keçirilib. Təklif olunan yeni tarix 2021-ci ilin 11 iyun – 11 iyul tarixləridir.

Kişi və qadınlar üzrə klub və milli komandaların oyunları (yoldaşlıq oyunları da daxil olmaqla) qeyri-müəyyən müddətə təxirə salınıb. Martın sonlarına planlaşdırılmış AVRO-2020-nin pley-off matçları və yoldaşlıq oyunları iyunun əvvəlinə salınıb.

UEFA liqalar və klubların nümayəndələrinin iştirakı ilə cari mövsümün başa çatması üçün təqvimi müəyyənləşdirmək üçün İşçi Qrupu yaradıb.

UEFA AVRO-2020 üçün bilet almış şəxslərin 2021-ci ildə oyunlara gedə bilmədikləri halda, pullarını tam şəkildə geri qaytarılacağına zəmanət verdiyini açıqlayıb. 2021-ci ildə oyunları izləməyə gələ bilməyən şəxslər növbəti bir ay ərzində elektron poçt və euro2020.com/tickets vasitəsilə pullarına qovuşa biləcək.

UEFA-nın bayrağı altında keçirilən klub və milli komanda yarışlarının vaxtları barədə qərarlar daha sonra elan ediləcək.


скачать dle 11.3
Mojo.az Banner