Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Macarıstanda qalmış Azərbaycan vətəndaşları sabah ölkəyə gətiriləcək - RƏSMİ

17.03.2020 16:37 1 039
Macarıstanda qalmış Azərbaycan vətəndaşları sabah ölkəyə gətiriləcək - RƏSMİ
Azərbaycan hökuməti müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Macarıstanda qalmış Azərbaycan vətəndaşlarının ölkəmizə təxliyyə olunması ilə əlaqədar martın 18-də Budapeşt-Bakı birbaşa çarter reysinin təşkil olunmasını planlaşdırır.

Bu barədə məlumatı Azərbaycanın Macarıstandakı səfirliyi yayıb.

Məlumata görə, həmin çarter reysi vasitəsilə ilk növbədə "WizzAir" şirkətinin 15 və 19 mart tarixlərində uçuşları ləğv olunmuş Azərbaycan vətəndaşlarının təxliyyə olunması nəzərdə tutulur: “Təyyarənin tutumu imkan verdiyi təqdirdə mart ayının sonuna qədər "WizzAir" şirkətinin təxirə salınacaq reyslərinin Azərbaycan vətəndaşları olan sərnişinləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrimizin müraciətləri nəzərə alınacaq”.

Qeyd edilib ki, çarter reysi ilə Bakıya uçacaq sərnişinlər mütləq qaydada 14 günlük karantinə alınacaqlar. Bununla əlaqədar olaraq, sərnişinlərin Heydər Əliyev hava limanında eniş zamanı COVİD-19 ilə bağlı Azərbaycan Respublikasında tətbiq olunan qaydalara ciddi şəkildə riayət etmələri xahiş olunur.скачать dle 11.3
Mojo.az Banner