12:59 Bakıda keçiriləcək hərbi parada hazırlıqdan GÖRÜNTÜLƏR - Video  |     12:56 Azərbaycanda 90 milyon manatlıq CİNAYƏT - Mütəşəkkil dəstənin 30 üzvü ƏLƏ KEÇDİ  |     12:54 Cəlilabadda təmir zamanı biryaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb (Yenilənib)  |     12:52 Tanınmış həkimə hökm oxundu  |     12:48 Birinci Qarabağ müharibəsində itkin düşən şəhidimizin nəşi tapıldı - FOTO  |     12:45 Abşeronda 12 yaşlı qızı avtomobil vuraraq öldürüb  |     12:44 Xaçmazda avtoxuliqanlıq edən sürücü həbs edilib - Video  |     12:43 Bakıda yanaraq ölən şəxsin kimliyi məlum oldu  |     12:42 Keşlədə tikinti materialları yığılan ərazidə yanğın olub - Video  |     12:40 Gələn ildən pensiya kapitalı nə qədər artırılacaq?  |     12:32 Tibb Universitetinin professoru vəfat edib - FOTO  |     12:30 Britaniyada həbsxanadan səhvən azad edilən miqrant beş dəfə geri qayıdıb  |     12:29 Alimlərdən xəbərdarlıq: Şimal yarımkürəsi daha sürətlə qaralır  |     12:29 Smartfon asılılığına qarşı qeyri-adi aksesuar hazırlandı  |     12:19 Bakıda içməli su yola axır: "Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın" - Video  |     12:10 Azərbaycanda adı olmayan yaşayış məntəqəsi: 300 nəfər rəsmi statusdan kənarda yaşayır - Video  |     12:09 Avtobusda gediş haqqı 60 qəpik olub: Bəs xidmət keyfiyyəti dəyişib? - Video  |     11:59 Lavrov üzərində "SSRİ" yazılmış sviter geyinməsinə aydınlıq gətirdi  |     11:56 Gümrü merinə qarşı yeni ittiham irəli sürülüb  |     11:49 Paşinyan: "Tramp yolu" layihəsinin həyata keçirilməsi üçün kifayət qədər intensiv işlər görülür"  |    

"Uşaqların Alternativ qeydiyyat mərkəzlərinə aparılmasına ehtiyac yoxdur"

2020-2021-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron sənəd qəbulu ilə əlaqədar Alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən valideynlərin övladlarını özləri ilə aparmasına ehtiyac yoxdur.

Qeyd edək ki, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın Alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər. Alternativ qeydiyyat mərkəzləri həftənin I-V günləri saat 10:00-dan 16:00-a qədər fəaliyyət göstərir.

Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə Mərdəkan bələdiyyəsi, Gənclər evi, Buzovna qəsəbə icra nümayəndəliyi, Zirə və Binə bələdiyyələri, Sabunçu, Xətai və Nizami rayonları üzrə Təlimə Dəstək Mərkəzi, Nərimanov rayonu üzrə Təhsil İnstitutunun Təlim Texnologiyaları Mərkəzi, Binəqədi və Nəsimi rayonları üzrə Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi, Suraxanı rayonu üzrə Hövsan, Qaraçuxur və Bülbülə bələdiyyələri, Qaradağ rayonu üzrə Qobustan, Müşfiqabad, Lökbatan, Sahil və Ələt bələdiyyələri, Səbail və Yasamal rayonları üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Qəbul otağı, Pirallahı rayonu üzrə isə Gənclər evində fəaliyyət göstərir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 070 13.03.20 14:11