Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycandakı Ticarət Mərkəzlərində COVİD-19-a qarşı dezinfeksiya işləri mütəmadi davam edir - AÇIQLAMA

12.03.2020 20:42 2 767
Azərbaycandakı Ticarət Mərkəzlərində COVİD-19-a qarşı dezinfeksiya işləri mütəmadi davam edir - AÇIQLAMA
Nazirlər Kabineti yanında Operativ Qərargah vətəndaşları Azərbaycan hökumətinin koronavirusun ölkədə yayılmasının qarşısını almaq üçün gördüyü tədbirlərə dəstək olmağa, izdihamlı yerlərdən, o cümlədən qapalı məkanlardan yayınmağa çağırıb. Bununla əlaqədar Novruz bayramı münasibətilə kütləvi tədbirlər ləğv edilib.

Martın 12-nə planlaşdırılan “Dəniz Mall”un açılışı da qeyri-müəyyən vaxta təxirə salınıb.

Bununla bərabər, Azərbaycandakı digər ticarət mərkəzləri eyni rejimdə - 10:00-dan 22:00-a qədər işləyirlər.

Məsələ ilə bağlı Media.Az-a açıqlama verən “PashaConstruction Malls Group”un Marketinq Departamentinin rəhbəri Nuranə İskəndərova bildirib ki, “28 Mall”, “Amburan Mall”, “Gəncə Mall”, “Gənclik Mall” və “Port Baku Mall” ticarət mərkəzlərində koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə dezinfeksiya işləri aparılır, sanitariya-gigiyena tədbirləri gücləndirilib.

Öz növbəsində, “Park Bulvar”ın PR meneceri Günay Novruzqızının verdiyi məlumata görə, bu ticarət mərkəzində də koronavirusun yayılmasının qarşısının alınması tədbirləri görülür:

“Ərazini təmizlədikdən sonra gecə müntəzəm olaraq dezinfeksiya işləri aparılır. Yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyenik sertifikatı olan “Biocon” və “Chloromed” xüsusi məhsullarından istifadə olunur. Bu maddələr insan sağlamlığına zərər vermirlər. Ticarət mərkəzinin ərazisində yerləşən bütün obyektlərdə dezinfeksiya işləri aparılır”.скачать dle 11.3
Mojo.az Banner