21:17 Restoranlarda bəh-bəhlə yediyimiz monqol quzuları belə kəsilirmiş... – Almadan əvvəl MÜTLƏQ OXUYUN!  |     21:07 Leyla Əliyeva İsmayıllı rayonuna səfərindən görüntülər paylaşdı  |     20:55 KİV: HƏMAS Qəzzada atəşkəsi pozub  |     20:48 Firəngiz Mütəllimova: "Təhminə obrazına məni çəkəcəkdilər, yataq səhnəsini göstərdilər, dedim..." - Müsahibə  |     20:40 Fəzail Ağamalıdan İTTİHAM: "Bu məsələdən Ramiz Mehdiyevin iyrənc iyi gəlir" - Nikahdankənar oğul məsələsi BÖYÜYÜR  |     20:32 Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 15 nəfər sakin təxliyə olunub  |     20:24 Bakıda geniş yayılan bu ağacın ziyanı faydasından çoxdur  |     20:15 Ukrayna işıqsız qala bilər - XƏBƏRDARLIQ  |     20:09 Kişilərin əksəriyyəti BU BÜRCLƏRİN qadınlarına aşiq olur  |     19:59 Donuz əti xərçəng yaradır — Britaniyada bekon və vetçinaya qadağa tələbi  |     19:54 Qapını kəsib huşsuz vəziyyətdə olan qadını xilas etdilər - Video  |     19:37 BMCMİ dabaq əleyhinə saxta dərman hazırlayanları saxladı - Video  |     19:00 Vyetnamda tarixi şəhərlər su altında qaldı - Fotolar  |     18:46 Odunla dolu yük maşını aşdı - Xəsarət alanlar var  |     18:39 Həmin şiddət görüntülərinə görə saxlanıldı - Foto  |     18:32 Milyonçu qardaşların işində yenilik  |     18:21 Nikahdankənar oğlu olan Fəzail Ağamalı: "Şəxsi həyatımın heç kimə aidiyyəti yoxdur"  |     18:00 Artıq metrodan tələbə bileti ilə keçmək mümkündür - VİDEO  |     17:52 Tanınmış rusiyalı aktyor 40 yaşında vəfat etdi  |     17:36 Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin aparılması qaydası təsdiqləndi  |    

Azərbaycanda dörd uşaq anası ata evinə gedib qayıtdı, intihar etdi - YENİLƏNİB + FOTO

Ağcabədi rayonunda qadının intihar etməsi ilə bağlı ibtidai istintaq aparılır.

Rayonun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Günay Quliyevanın martın 10-u saat 16 radələrində yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə yerinə və meyitə polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, orada maddi sübutlar götürülüb.

Qeyd edək ki, G.Quliyeva dörd uşaq anasıdır.

* * * * *

Ağcabədi rayonunda intihar hadisəsi baş verib.


Hadisə rayonun Şahsevən kəndində qeydə alınıb.

Rayon sakini, 27 yaşlı Quliyeva Günay Sahib qızı özünü yaşadığı evdən asaraq intihar edib.

Qeyd edək ki, G.Quliyeva dörd uşaq anasıdır. Onun ən kiçik övladı yeddi ay əvvəl dünyaya gəlib.

G.Quliyevin yaxınlarının sözlərinə görə, Günayın ailəsində tez-tez ailədaxili münaqişələr baş verib. Qadın intihardan əvvəl ata evində olub. Evinə qayıdan qadın özünü asaraq öldürüb.

Məhkəmə-Tibbi Ekspertizası intihar edən gənc qadının başında və bədənində çoxdan aldığı xəsarətlər də aşkarlayıb. Ailə üzvləri G.Quliyevanın həyat yoldaşı tərəfindən döyüldüyünü iddia edir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
/oxu.az/




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 215 11.03.20 17:53