Mojo.az Banner
Son Xəbərlər
23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Təhsil naziri: "Əminəm ki, bu müddət uzun çəkməyəcək"

10.03.2020 23:19 1 443
Təhsil naziri:
Təhsil naziri Ceyhun Bayramov koronavirusa yoluxma hallarının qarşısının alınması və bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasından bəhs edən məlumatlarla bağlı vətəndaşlara müraciət edib.

"Report" xəbər verir ki, nazir bu barədə AzTV-nin efirində çıxışı zamanı bildirib.

C.Bayramov müraciətində bu vəziyyətlə bağlı olaraq məlumatlara yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edib:

"Əfsuslar olsun ki, son zamanlar bu vəziyyətlə bağlı olaraq mənbəyi bəlli olmayan, xüsusilə sosial şəbəkələrdə bəzi məlumatlar yayımlanır. Ona görə də insanlara daha diqqətli olmağı və yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edirəm.

Əminəm ki, bu müddət uzun çəkməyəcək. Biz - bu müddət ərzində maksimum şəkildə hər kəs öz vəzifəsini düzgün yerinə yetirməklə ölkəmizdə vəziyyətin daha qısa müddət ərzində tam nəzarətə alınması və problemin tam həll olunması istiqamətində öz töhfəmizi verə bilərik".

Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən, koronavirusa yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.скачать dle 11.3

Son xəbərlər