Mojo.az — elanlar
Son Xəbərlər
22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |     20:42 Məhkəmə bacısının qızılını oğurlayan qardaşa bu cəzanı verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimaiyyətinə müraciət etdi

11.03.2020 19:50 1 465
Təhsil Nazirliyi yanında İctimai Şura təhsil ictimaiyyətinə müraciət etdi
Təhsil Nazirliyi yanında İctimai Şuranın ölkədə təhsil, təlim-tərbiyə prosesinin müvəqqəti dayandırılması ilə bağlı təhsil prosesi iştirakçılarına müraciət edib.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, müraciətdə bildirilir ki, ölkəmizdə "COVİD-19" koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təhsil sahəsində qəbul edilmiş qərarla bağlı KİV-lərdə, sosial mediada heç bir obyektiv əsasa söykənməyən və insanlar arasında çaşqınlıq yaradan dezinformasiya xarakterli məlumatların yayılması hallarına yol verilir. Yaranmış vəziyyətlə əlaqədar olaraq İctimai Şura məsələni müzakirə etmiş və bununla bağlı bəzi məqamları vətəndaşların diqqətinə çatdırmağı zəruri hesab edib:

"İctimai Şura təhsil prosesi iştirakçılarının sağlamlıqlarının daha önəmli olduğunu əsas götürərək təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar təlim-tədris prosesində yaranmış fasilənin cari ilin mart ayının 27-dək təxirə salınmasını mövcud duruma adekvat qərar kimi qiymətləndirir.

İctimai Şura təhsil ictimaiyyətini hazırkı vəziyyətdə çaşqınlıq yaratmağa, əhalini gərgin psixoloji duruma gətirib çıxaran qeyri-peşəkar yanaşmalara və qeyri-rəsmi məlumatlara inanmamağa, onları yaymamağa, yalnız Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin, digər aidiyyəti dövlət orqanlarının və qurumların yaydığı rəsmi məlumatlara istinad etməyə çağırır.

Təhsil müəssisələrinin müvəqqəti olaraq bağlanması ilə təlim-tədris prosesində yaranmış geriliyin aradan qaldırılması üçün Təhsil Nazirliyinin müvafiq ehtiyat variantları mövcuddur və bunun bir nümunəsi olaraq 10 mart 2020-ci il tarixindən başlayaraq "Mədəniyyət" kanalında tele-dərslərə start verilib".

Müraciətdə deyilib ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən son məlumata görə, ölkəmizdə vəziyyət ciddi nəzarətdədir və aidiyyətı qurumlar virus təhlükəsinin genişlənməməsi üçün bütün zəruri tədbirləri həyata keçirirlər. Buna baxmayaraq, İctimai Şura valideynləri yaranmış vəziyyətlə bağlı daha məsuliyyətli olmağa, uşaqlarına daha çox zaman ayırmağa, onları insanların çox olduğu kütləvi yerlərə buraxmamağa, şəxsi gigiyena qaydalarına ciddi əməl etmələrinə çağırır.

Son xəbərlər