Abort olunan məktəblilər: Erkən nikahların acı statistikası – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:03 Körpələrin ölümü ilə bağlı ifadə verənlər mərkəzin sabiq direktorunu günahlandırdılar  |     12:58 Kuril adalarında GÜCLÜ ZƏLZƏLƏ  |     12:57 Ağdərədə insan qalıqları TAPILIB  |     12:56 Qəbələdə fındıq bağında çətənə kolu yetişdirən şəxs həbs olunub - Video  |     12:55 Havada toz müşahidə olunur  |     12:53 Britaniya kütləvi ölümlərə hazırlaşır  |     12:52 Urmu gölü yayın sonuna kimi quruyacaq  |     12:41 "Sədərək" ticarət mərkəzində yanğının başlama anı - ANBAAN GÖRÜNTÜ (Video)  |     12:13 Naxçıvan–Bakı–Naxçıvan istiqamətində reyslərin sayı artırılıb  |     12:04 "Telegram"ın yaradıcısı Fransadakı həbsinin səbəbini açıqladı  |     12:00 Biləcəri qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq  |     11:58 Əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək  |     11:56 “Sədərək”dəki yanğın məhdudlaşdırıldı  |     11:41 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir  |     11:40 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ  |     11:17 Formula 1-lə bağlı Azərbaycana gələn şəxslər üçün viza prosedurları sadələşdirilib  |     22:21 Oyuncaq bazarında monopolist- "Super Toys"un anbarı niyə yandı?  |     23:01 12 yaşında "eBay"də oyuncaq satırdı, indi milyonluq biznesə sahibdir  |     22:52 İş vaxtından artıq işə görə əməkhaqqı necə hesablanır?  |     22:44 Bələdiyyə sədrinin ölkədən çıxışına stop qoyuldu  |    

Abort olunan məktəblilər: Erkən nikahların acı statistikası – VİDEO

Ölkəmizdə erkən nikahların rekord həddə çatdığı tarixlər açıqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata əsasən, erkən nikahların statistik göstəricisi ən çox 2011-ci ildə qeydə alınıb ki, bu da 5138 olub.

ARB TV-nin efirində “Günə doğru” verilişində məsələ ilə bağlı süjet yayımlanıb.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aynur Veysəlova deyib ki, aparılan maarifləndirmə işlərinin nəticəsi olaraq, bu rəqəm 2018-ci ildə əvvəlki dövrlərlə müqayisədə kifayət qədər aşağı düşüb.

Təhsil eksperti Kamran Əsədov isə iddia edir ki, xüsusən Bakının ətraf kəndlərində və bölgələrdə bu hallara çox rast gəlinir.

“Eyni zamanda şimal və cənub bölgəsində azyaşlı xanımların böyük əksəriyyətinin erkən nikahlara cəlb olunması ilə bağlı statistik məlumatlar var. Biz bunu konkret olaraq təhsil müəssisələrində oxuyanların sayında da görürük. Əgər birinci sinifdə təhsil alan şagirdlərin sayı 165 mindirsə, doqquzuncu sinifdə bu rəqəm 110 minə, 11-ci sinifdə isə 82 minə düşür”.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2018-ci ildə nikah yaşı olmayan 15-17 yaşlı məktəbi qızlar arasında abortların sayı 40 nəfər təşkil edib.

Aynur Veysəlova bildirib ki, 2011-ci ildə əgər 15-17 yaşlı qadınlar tərəfindən 4392 uşaq doğulurdusa, 2018-ci ilin son rəqəmi 2129-dur.

“Bu da onu göstərir ki, belə halların sayı iki dəfədən çox azalıb”,- deyə A.Veysəlova əlavə edib.

Ölkəmizdə nikah yaşı 18 olaraq qeyd edilir. İstisna hallarda isə bu yaş həddi 17-ə endirilə bilər. Lakin 18 yaşdan aşağı yeniyetmələri evliliyə məcbur etmək və ya cinsi istismar etmək cinayət əməli sayılır.

Hüquqşünas Siracəddin Kərimov deyib ki, yetkinlik yaşına çatmayan şəxsi nikaha məcbur etmə dörd ilə qədər azadlıqdan məhrum etmə və yaxud üç mindən dörd min manata qədər cərimə cəzasının tətbiqinə səbəb ola bilər.

Təhsil eksperti Kamran Əsədov isə məktəblərdə cinsi inkişaf və cinsi tərbiyə dərsinin tədris olunmasını çıxış yollarından biri kimi görür.

“Əgər hər hansı bir dərsliyə biz bununla bağlı mövzu salsaq, bu o demək deyil ki, şagirdləri oyatmış olarıq. Orta ümumtəhsil məktəblərində mütəxəssislər tərəfindən cinsi tərbiyə dərsləri verilməlidir. Yəni siz hər hansı bir problemlə qarşılaşanda ondan az zərərli necə çıxa bilərsiniz və ya bunda digər yoluxucu xəstəliklər yarana bilərmi və s.”.

Ölkəmizin təhsil haqqında qanunlarında da göstərilir ki, altı yaşdan 17 yaşa qədər bütün şagirdlər icbari təhsil almalıdırlar. Şagirdlərin bu cür hallarla təhsildən yayındırılması isə istənilən halda yol verilməzdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 767 09.03.20 16:40