23:01 "Reuters": Şəkərin qiyməti son illərin ən aşağı səviyyəsinə enib  |     22:46 Gəncədə tələbələr dəm qazından zəhərləndilər  |     22:37 Axşam bu cihazı mütləq cərəyandan ayırın: nə televizor, nə də telefon adapteridir  |     22:15 Dünyaşöhrətli boksçu Pakyaoya vəzifə verildi  |     22:09 Roma Papası Türkiyəyə səfər edəcək  |     22:08 “Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı  |     22:00 Göygöldə fermadan heyvanların oğurlanması ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB  |     21:57 Oktyabrın sonunda yalnız bir bürcü UĞUR GÖZLƏYİR  |     21:52 İsraildə son iki ildə ilk dəfə fövqəladə vəziyyət ləğv edildi  |     21:48 COVID-19 qayıdır: Türkiyədə "Frankenşteyn" variantı aşkarlandı  |     21:30 Bu dərmanlar pulsuz veriləcək  |     21:20 “Zəfər” şahmat turniri keçirildi - Fotolar  |     21:03 "Xanımıma o qədər əziyyət vermişəm ki..."  |     20:48 Bakıda “Molotov kokteyli” ilə terror hazırlayarkən tutulan İŞİD üzvünə - Hökm oxundu  |     20:20 Naxçıvanda yük maşını ilə minik avtomobili toqquşub, ölən var  |     20:13 Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - ŞOK SİYAHI  |     20:07 Süni İntellekt üzrə Milli Mərkəz yaradırlar  |     19:50 Rəşad Dağlı əməliyyat olundu  |     19:46 Binadan yıxılıb ölən Kəmalənin - Fotosu  |     19:30 Səxavət Məmmədov kimdir? - Ölümünü yuxusunda görən sənətkar  |    

Ermənilər azərbaycanlılara hücum etdi, ölən və yaralananlar var - FOTO

Qazaxıstanın Nursultan şəhərində ermənilərlə azərbaycanlılar arasında baş verən kütləvi davada 1 soydaşımız öldürülüb, daha bir neçə nəfər xəsarət alıb.

Median.Az
“Report”a istinadən xəbər verir ki, hadisə Nursultan şəhərində azərbaycanlılara məxsus kafenin qarşısında olub.

Belə ki, erməni millətindən olan şəxslər Qazaxıstanda yaşayan 19 yaşlı Tural İlqar oğlu Teymurovu təhqir edib. Bu zaman onlar arasında dava olub. İlkin məlumata görə, ermənilər ona bıçaqla xəsrət yetiriblər. Belə olduqda soydaşımızın yaxın qohumu, Azərbaycan əsilli Qazaxıstan vətəndaşı, 1995-ci il təvəllüdlü Etibar Ümidvar oğlu Teymurov köməyə gəlib. Lakin o, münaqişə zamanı ürək nahiyəsinə vurulan bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib.
Bundan sonra tərəflər arasında davanın miqyası daha da böyüyüb. Nəticədə daha üç nəfər xəsarət alıb.

Qeyd edək ki, ölən azərbaycanlı uzun illərdir, Qazaxıstanda yaşayıb. Mərhumun meyitinin sabah vətənə gətiriləcəyi və doğulduğu Masallı rayonunun Bədəlan kəndindəki qəbiristanlıqda dəfn olunacağı söylənilir.

Mərhumun dayısı Həşim Ağayev Qazaxıstanda Azərbaycan diasporunun üzvüdür.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 294 09.03.20 11:57