Mojo.az Banner
14:36 Yasamalda avtomobillər üçün görünməz təhlükə: Niyə qəzalar baş verir? - Video  |     14:31 Azərbaycan nefti BAHALAŞDI  |     14:27 Sumqayıtda dənizdə batan qadının kimliyi bilindi  |     14:21 Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Fotolar  |     14:13 Bakıda 59 yaşlı sürücü sükan arxasında öldü  |     14:12 Danışılmış oyunlara görə verilən qərar "Qarabağ"a üstünlük qazandırdı  |     14:11 Azərbaycanda zəlzələ olub  |     13:46 21 yaşlı Fatimənin qətlinin DETALLARI  |     13:43 Azərbaycan XİN ABŞ-ni təbrik etdi  |     13:37 Yasamalda partlayış olan evdən görüntülər: 4 nəfərə satılıbmış... - Yenilənib - (Fotolar)  |     13:13 Abşerona çəyirtkə hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO  |     23:01 Məşhur aktyor dünyasını dəyişdi  |     22:48 Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var  |     22:43 Ağacın arxasında qalan nişan sürücülərin qayda pozmasına səbəb olur - Video  |     22:35 Günel Mövludun Bakıya gələn həyat yoldaşı həbs edildi  |     22:29 Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA  |     22:22 Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”  |     22:17 Rusiyalı şahmatçı bir il müddətinə diskvalifikasiya edildi  |     22:10 “Qarabağ”ın oyununa bilet satışı dayandırıldı - Səbəb  |     22:04 Mundialın uğursuzunda dopinq şoku: Cəza veriləcək?  |    
Left Banner
Right Banner

Prezidentdən muzeydəki xəritəyə irad: “O vaxt Sisian adı yox idi, bunu kimsə uydurub”

05.03.2020 20:34 1 783
Prezidentdən muzeydəki xəritəyə irad: “O vaxt Sisian adı yox idi, bunu kimsə uydurub”
“Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?”

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev deyib.

Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı zamanı eksponatlarla tanış olan ölkə başçısı xəritələrdən bir neçəsinə irad bildirib:

“Qədim adlar, məsələn, Sisian yazılıbdır. O vaxt Sisian adı yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki, Bərdə, Qəbələ, Naxçıvan - bütün bunlar qədim şəhərlərimiz olub. Ona görə soruşuram, bu, hansı əsrə aiddir? Çünki bu xəritədən heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə yazılıb. Ona görə buna baxmaq lazımdır. Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayın, xəritələr həm dəqiq olmalıdır, həm də bunun tarixi göstərilməlidir.

Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisində heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən bu tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu, nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük”.скачать dle 11.3
Mojo.az Banner