Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar | 14:08 Noyabrda hava necə olacaq? | 14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? | 13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı | 13:32 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq | 12:58 İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi | 12:55 Azərbaycan nefti ucuzlaşıb | 12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video | 12:51 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı | 12:50 Günəşdən nəhəng püskürmə baş verdi: Yerə təsiri olacaq? | 12:41 Alyona Əliyeva "ENQRAM" sərgisindən paylaşım edib - Foto | 12:40 Bazarlarda meyvə-tərəvəz bahalaşıb - Video | 12:27 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var |
Mojo.az Avto
Mojo.az Avto

Məscidlərdə moizələrin və birgə ibadətlərin təxirə salınması tövsiyə edilir - RƏSMİ

05.03.2020 17:23 1 427
Məscidlərdə moizələrin və birgə ibadətlərin təxirə salınması tövsiyə edilir - RƏSMİ
Qafqaz Müsəlmanları İdarəsi koronavirus təhlükəsi ilə bağlı tövsiyələrini açıqlayıb.

Bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, son vaxtlar dünyanın bir çox ölkəsində koronavirus infeksiyasının yayılması və fəsadlarının qarşısının alınması məqsədilə qonşu dövlətlərdə olduğu kimi, Azərbaycanda da profilaktik tədbirlərə start verilib, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altına alınıb.

“Dövlətimiz bu xəstəliyin ölkəmizdə yayılmasını önləmək üçün bütün mümkün tibbi-sanitar və ictimai təhlükəsizlik tədbirlərini həyata keçirir. Ölkə dindarlarının çoxsaylı müraciətlərini, bölgə qazıları və səlahiyyətli nümayəndələrimizin təkliflərini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlara tapşırıq və tövsiyələrlə müraciət edib.

QMİ müvəqqəti çətinlik dönəmində dindarlara tövsiyə edir ki, həkimlərin məsləhətlərinə ciddi şəkildə riayət olunsun, məscidlər, ziyarətgahlar, dini tədris müəssisələri və Quran kurslarında dezinfeksiya işlərinin aparılması üçün müvafiq dövlət tibbi-sanitariya müəssisələrinə müraciət edilsin, ələlxüsus namaz zalları, dəstəmazxana, meyitxana və sanitar qovşaqlarının təmizlənməsinə xüsusi diqqət yetirilsin.

Rica edirik ki, uzaq yoldan gələnlər, yaşlı insanlar, eləcə də, özündə soyuqdəymə əlamətləri hiss edən xəstə şəxslər namazlarını evlərində qılsınlar, məscidə gələn dindarlar şəxsi təsbehlərindən, canamazlarından, möhürlərindən istifadə etsinlər, mümkün qədər dəstəmazlarını evdə alsınlar. Eyni zamanda, məscidə gələn şəxslər bir-biri ilə yaxın təmasdan, əl görüşmələrindən çəkinsinlər”.

QMİ kütləvi yoluxma riskini nəzərə alaraq vətəndaşlarımızın sağlamlığı naminə müvəqqəti olaraq məscidlərdə moizələrin və birgə ibadətlərin təxirə salınmasını, camaat namazlarının uzadılmadan icra olunmasını, xütbələrin qısaldılmasını din xadimlərimizə və dindarlara tövsiyə edir:

“İmkan daxilində dindarlarımızın evlərində fərdi qaydada namaz qılmasını, sanitar-epidemioloji vəziyyət imkan vermədiyi təqdirdə məsciddaxili bütün tədbirlərin, mövlud, şəhadət, ehsan məclislərinin təxirə salınmasını məsləhət görürük.

Həqiqətən də, başqalarını yoluxucu xəstəliklərə düçar etməmək üçün Cümə namazı və digər mərasimləri müəyyən bir müddətə təxirə salmaq şəriətimizə uyğundur, lakin bu heç bir şəkildə məscid və ziyarətgahların bağlanması anlamına gəlmir.

Qazilərimiz və din xadimlərimiz öz yerlərində dindarlara və icma üzvlərinə mövcud vəziyyətlə əlaqədar mövqeyimizi və tövsiyələrimizi çatdırmağa məsuldurlar”, - deyə tövsiyələrdə deyilir.

QMİ-dən bildirilir ki, dindarlarımız cəmiyyətimiz və ailələrimiz üçün təhlükəli olan məqamda təlaş və vəsvəsəyə qapılmadan tibbi-profilaktik tədbirlərə riayət edəcək, vacib saydığımız tövsiyələri anlayışla qarşılayacaqlar.

Son xəbərlər