Mojo.az Banner
18:03 Bu ölkə İranla münasibətlərini kəsdi  |     17:53 Sentyabrda pul qapıları açılacaq 3 bürc  |     17:40 Bakı-Tbilisi qatarına saxta bilet satılır -FOTO  |     17:25 Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq  |     17:23 Hacıqabulda çobanın güllələnmiş meyiti tapıldı  |     17:22 Almaniyalı qapıçı Azərbaycana gəlir  |     17:05 Aİ-də Rusiyanın 200 milyard avroluq aktivləri ilə bağlı yeni plan hazırlanıb  |     16:54 Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq  |     16:53 Ədliyyə Nazirliyinin sabiq ekspertinə ağır cəza istənilib  |     16:40 "Mançester Yunayted" Bruno Fernandeşlə bağlı QƏRARINI VERDİ  |     16:23 Estoniyada yeni prezident seçildi  |     16:12 Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır  |     16:03 MİDA adından saxta müqavilələr hazırlayan qadınlar ifşa edildi - VİDEO  |     15:52 Sabunçuda avtomobildən 78 min manat oğurlayan şəxs saxlanıldı  |     15:25 DİN-dən XƏBƏRDARLIQ: "Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın"  |     15:11 Rusiya ordusu Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirib  |     14:23 Azərbaycanlı ağırlıqqaldıran dopinqə görə üç il cəzalandırılıb  |     14:22 Məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısına DƏYİŞİKLİK edildi  |     14:20 Azərbaycanla Qırğızıstan arasındakı memorandum təsdiq edildi - FƏRMAN  |     14:20 Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ  |    
Left Banner
Right Banner

Prezident: "Biz hər il 100 min artan əhalini gələcəkdə iş yerləri ilə təmin etməliyik"

04.03.2020 23:15 1 798
Prezident:
"Sahibkarlığın inkişafı bundan sonra ölkəmizin inkişafının əsas şərti olacaq. Çünki dövlət xətti ilə icra edilən əsas infrastruktur layihələri başa çatmaq üzrədir. Ona görə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması - bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir. İnvestorlar da belə gözəl müəssisələrin yaradılması ilə digər sahibkarlara da yol göstərirlər ki, gəlin, siz də vəsait qoyun".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında müəssisənin kollektivi ilə görüşündə deyib.

Dövlət başçısı bildirib: "Azərbaycanlı investorlar, ilk növbədə, Azərbaycana vəsait qoymalıdırlar ki, bizdə işlər daha yaxşı getsin. Çünki bizim əhalimiz artır. Biz hər il 100 min artan əhalini gələcəkdə iş yerləri ilə təmin etməliyik. Ona görə iqtisadi inkişaf, sərmayə qoyuluşu demoqrafik inkişafı üstələməlidir. Bu, əsas vəzifədir. Əlbəttə ki, işlə təmin edilən vətəndaşlar yaxşı maaşla təmin olunmalıdırlar, onların iş şəraiti yaxşı olmalıdır. Mən demişəm ki, 8 saatlıq iş günü vardır və heç bir işçini ondan artıq işlətmək olmaz. Eyni zamanda, bütün işçilər gərək rəsmi qaydada maaş alsınlar, kölgə iqtisadiyyatına yol vermək olmaz. Qeyri-rəsmi məşğulluğa yol vermək olmaz. Sizin kimi müəssisələrdə bu faktlar yoxdur və ümumiyyətlə ola da bilməz. Çünki sizin yanaşmanız beynəlxalq yanaşmadır və mən istəyirəm ki, bütün Azərbaycan müəssisələri bu prinsiplər əsasında işləsinlər.

Mən bunu artıq bir neçə dəfə demişəm, bir daha işçilərə demək istəyirəm. Xüsusilə nəzərə alsaq ki, bu bölgədə aprelin əvvəlindən səhiyyə sistemimiz icbari tibbi sığorta sisteminə keçir, pulsuz tibbi xidmət almaq üçün vətəndaşlar gərək mütləq rəsmi qaydada işləsinlər. Ona görə qeyri-rəsmi məşğulluğa qarşı mübarizə üsullarından biri də icbari tibbi sığorta olacaq. Əlbəttə ki, əgər kimsə qeyri-rəsmi işləyirsə, gələcəkdə pensiyadan da məhrum olacaq".скачать dle 11.3
Mojo.az Banner