17:02 Azərbaycanın U-17 millisi böyük hesabla uduzdu  |     16:49 Azərbaycanın Təbrizdəki baş konsulu dəyişdi - SƏRƏNCAM  |     16:43 Paytaxtın bəzi ərazilərində qaz olmayacaq  |     16:36 Ramiz Mehdiyevin Rusiyaya yazdığı MƏKTUB - FOTO  |     16:06 Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:56 Qarğabazar karvansarası bərpa olunur  |     15:52 Abşeronda tələbə binadan yıxılaraq öldü  |     14:54 Azərbaycan deputatları İrəvana getməkdən imtina etdi  |     14:49 Hakan Fidanın müavini Bakıya gəlib  |     14:41 Evdən 15 500 manat oğurlandı  |     14:40 Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olundu  |     14:34 Dövlət komitəsinin sektor müdiri vəfat etdi  |     14:22 Tramp Rusiyanın "Burevestnik" raketlərinin sınaqlarına münasibət bildirib  |     14:16 Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında iştirak etməyəcək  |     14:10 MTV ilə bağlı cərimə protokolu yazıldı - Bu verilişə görə  |     14:02 Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb  |     13:57 Bakıda 2 nəfərin barmağına üzük sıxışdı, nazirlik köməyə çatdı  |     13:53 XƏBƏRDARLIQ - Bakıdakı bu binalarda divara bir mismar belə vurmaq olmaz!  |     13:45 Bakıda unudulan abidələr "yenidən kəşf olunur" - Siyahı 24 ildən sonra yenilənir  |     13:40 Qızılın qiyməti enib, gümüş bahalaşıb  |    

Sabah 15 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında martın 5-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə duman olacaq.

Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava, əsasən, yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 5-də Abşeron yarımadasında gündüz saatlarında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 396 04.03.20 19:22