Bakıda həkimlərin koronaviruslu xəstəni aparması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:21 Oyuncaq bazarında monopolist- "Super Toys"un anbarı niyə yandı?  |     23:01 12 yaşında "eBay"də oyuncaq satırdı, indi milyonluq biznesə sahibdir  |     22:52 İş vaxtından artıq işə görə əməkhaqqı necə hesablanır?  |     22:44 Bələdiyyə sədrinin ölkədən çıxışına stop qoyuldu  |     22:39 Bakıda oteldə yanğın olub  |     22:31 Süni intellekt kosmosda hansı sahələrdə istifadə olunur?  |     22:24 Azərbaycanda hansı avtomobillər daha sərfəlidir?  |     22:16 Bakıda tramvaylar bərpa olunacaqmı? (Video)  |     21:59 Növbəti günəş superfırtınası Yerə heç vaxt olmadığı qədər güclü təsir edə bilər  |     21:56 Azərbaycanlı PUA operatoru müharibədə həlak oldu  |     21:54 Gəncədə oğul atasını bıçaqladı  |     21:37 Qubada dağlıq ərazidə baş verən yanğın söndürülüb  |     21:33 Rusiya üzərində 32 Ukrayna PUA-sı vurulub  |     21:23 Səfir: Türkiyə Ukraynaya qoşun göndərməyə hazırdır  |     21:13 Premyer Liqa: “Kəpəz” “Karvan-Yevlax”a uduzub  |     20:55 Bir uşağın məktəbə hazırlanması neçəyə başa gəlir? (ARAŞDIRMA)  |     20:46 Gürcüstanın DTX rəhbəri 5 ay sonra istefa verdi  |     20:39 Pakistan və Banqladeş arasında birbaşa uçuşlar uzun müddətdən sonra bərpa edilir  |     20:33 Ağstafada avtomobil qəzası olub, ölən və xəsarət alan var  |     20:28 Fransada sərnişinin pilot kabinəsinə girmək cəhdindən sonra təyyarə aeroporta geri dönüb  |    

Bakıda həkimlərin koronaviruslu xəstəni aparması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah koronavirus təhlükəsi ilə bağlı mətbuatda yayılan və vətəndaşların müraciəti ilə daxil olan bütün məlumatları ciddi araşdırır və operativ reaksiya verir.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, martın 1-də sosial şəbəkələrdə yayılmış və xüsusi geyimdə olan həkimlərin “İçərişəhər” metrostansiyası yaxınlığında görünməsini əks etdirən videomaterial vətəndaşlar tərəfindən verilmiş məlumat əsasında xəstəlik şübhəsi olan şəxsin nəzarət altına alınması zamanı çəkilib:


“Koronavirus şübhəsi ilə müşahidə altına alınan və ya xəstəlik şübhəsi ilə Təcili Tibbi Yardıma müraciət edən istənilən şəxs olduğu yerdən məhz bu xüsusi geyimlərdə olan həkimlər tərəfindən xəstəxanaya aparılır. Bu görüntülər şəhərdə yeni koronavirus xəstəsinin aşkar olunduğu demək deyil, profilaktik tədbirlərin tərkib hissəsidir.

Ölkədə yeni koronavirus xəstəliyinə yoluxma faktı qeydə alınarsa, ictimaiyyət bu barədə məlumatlandırılacaq.

Bir daha vətəndaşlardan süni ajiotaj yaratmamağı və rəsmi mənbələrdən paylaşılan məlumatları izləməyi xahiş edirik”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 992 02.03.20 16:23