Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Daha bir ölkədə koronavirusa ilk yoluxma aşkarlandı

26.02.2020 11:36 1 730
Daha bir ölkədə koronavirusa ilk yoluxma aşkarlandı
Koronavirusa yoluxma hallarının aşkarlandığı ölkələrin sayı artır.

“Report” TSA agentliyinə istinadən xəbər verir ki, Əlcəzair həkimləri ölkədə ilk koronavirusa yoluxma hadisəsini qeydə alıblar.

Ölkənin səhiyyə, əhali və tibb islahatı naziri Əbdürrəhman Benbuzid faktı təsdiqləyib. Məlumata görə, bu, İtaliyadan gəlmiş şəxsdir. O, Əlcəzairə fevralın 17-də gəlib.

Qeyd edək ki, bununla da koronavirusun yayıldığı ölkələrin sayı 34-ə çatıb.

Son xəbərlər