Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Tovuzda ustanın faciəli şəkildə ölüm anı - VİDEO

21.02.2020 23:48 2 089
Tovuzda ustanın faciəli şəkildə ölüm anı -  VİDEO
Fevralın 19-da Tovuzda baş verən bədbəxt hadisənin görüntüləri yayılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Yol kənarındakı təkər təmiri sexində işləyən 52 yaşlı İlham Əlirzayev ağır tonnajlı yük avtomobilinin təkərini təmir edərkən şin partlayıb. Partlayış zamanı onun başı dəmir dirəyə çırpılıb. Nəticədə o, baş nahiyəsindən aldığı xəsarətlərdən yerindəcə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər