Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bank rəhbərinin oğlu anasının vurduğu iynədən şoka düşərək öldü - YENİLƏNİB + FOTO

18.02.2020 18:44 3 493
Azərbaycanda bank rəhbərinin oğlu anasının vurduğu iynədən şoka düşərək öldü - YENİLƏNİB + FOTO
Bakıda 15 yaşlı oğlan anasının vurduğu iynədən sonra dünyasını dəyişib.

TƏBİB-dən verilən məlumata görə, 15 yaşlı oğlan anasının ev şəraitində vurduğu iynədən sonra anafilaktik şok keçirib:

“Məmməd Araz 2 ünvanında anasının vurduğu iynədən sonra anafilaktik şok keçirib və təcili tibbi yardım briqadası hadisə yerinə çağırılıb. Daha iki briqada isə özəl xəstəxanadan çağırılıb. Həkimlərin səyinə baxmayaraq, oğlanı həyata qaytarmaq mümkün olmayıb”.

* * * * *

“Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin 15 yaşlı oğlu vəfat edib.

Report xəbər verir ki, hadisə ötən gün Bakı şəhəri Məmməd Araz küçəsi 2 ünvanında qeydə alınıb.

Belə ki, axşam saatlarında yeniyetmənin hərarəti artıb. Ona ev şəraitində iynə vurulub. Mərhum iynədən sonra aneflaktik şok keçirib. Dərhal özəl xəstəxanadan təcili yardım çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı Demokrat.az saytı yayıb.


* * * * *

“Bank Respublika” ASC-nin sahibi Natiq Quliyevin 17 yaşlı oğlu qəfil vəfat edib.

Demokrat.az-ın məlumatına görə, bu gün gecə saatlarında Natiq Quliyevin oğlunun hərarəti yüksəldiyi üçün evə təcili tibbi yardım çağırılıb.

Həkimlərin ilkin müdaxiləsinə rəğmən, gənci xilas etmək mümkün olmayıb.

Hazırda Bakının Məmməd Araz küçəsi 4 ünvanında - Azərbaycan Mətbuat Şurasının binası önündə Natiq Quliyevin 17 yaşlı oğlu ilə vida mərasimi keçirilir. Mərasimə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və digər bank rəhbərləri qatılıblar.

Son xəbərlər