22:54 5 ay əvvəl təyin olunan sədr 100 min manatlıq xidməti avtomobil alır  |     22:49 Səhvən 43 il həbs yatdı, azadlığa çıxan kimi həbs edildi  |     22:41 Ürək tutması barədə xəbərdarlıq: Soyuq havalara diqqət!  |     22:36 Biləsuvarda yanğınlar oldu  |     22:27 Ət alarkən bunlara diqqət yetirin - VİDEO  |     22:22 Bu televiziyalara ayrılan vəsait azalır  |     22:16 Şəkərli diabet xəstəliyinin xərclərini icbari tibbi sığorta qarşılayacaq  |     22:08 Daha 4 ünvanda minib-düşmə yeri yaradıldı  |     22:03 Azərbaycanda qadın sahibkarların sayı açıqlandı  |     21:56 “İnsan yeyən” milçək peyda olub - Alimlər həyəcan təbili çalır  |     21:50 Ötən ay karxanada xəsarət alan fəhlə öldü  |     21:42 "Həbsdən qaçış" izləyicilərinə şad xəbər  |     21:37 Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək  |     21:29 Ermənistanın əsirliyində olmuş azərbaycanlıların işgəncələrə məruz qalması barədə ifadələri elan olunub  |     21:23 DİM sədri Məleykə Abbaszadə hansı xidmətin ödənişli olacağının ANONSUNU VERDİ  |     21:15 Tramp "Binance"ın qurucusunu əfv etdi  |     21:15 5,2 milyon doza dabaq peyvəndi gətiriləcək - MƏBLƏĞ  |     21:10 Xəstəxana rəhbərliyi tərəfindən döyüldüyünü iddia edən işçi barədə TƏBİB-dən AÇIQLAMA  |     21:03 Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi fermerlərdən hədə-qorxu yolu ilə rüşvət tələb edib?  |     20:56 Bakıda şadlıq evindən MEYİT TAPILDI  |    

Koronavirusla bağlı gömrük-sərhəd məntəqələrində nəzarət tədbirləri gücləndiriləcək

Dövlət Gömrük Komitəsində əməliyyat müşavirəsi keçirilib. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin rəhbərliyi ilə keçirilən müşavirədə Komitə sədrinin müavinləri, baş idarə və idarə rəisləri iştirak edib.

Komitədən Baku.ws-ə verilən məlumata görə, müşavirədə Prezident İlham Əliyev tərəfindən gömrük orqanlarının qarşısında qoyulan tapşırıqlar-xidmət səviyyəsinin yüksəldilməsi, gömrük-keçid məntəqələrinin işinin günün tələbləri səviyyəsində yenidən qurulması və digər məsələlər müzakirə olunub.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2019-cu ildə gömrük işinin müasir standartlara uyğun şəkildə qurulması, ölkəmizin ixrac, tranzit və logistika imkanlarının artırılması sahəsində gömrük orqanları tərəfindən görülən işlərdən, fiskal sahədə və qaçaqmalçılığa qarşı mübarizə məqsədilə atılan addımlardan bəhs edib və bütün istiqamətlər üzrə həyata keçirilən tədbirlərin effektivliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.

Səfər Mehdiyev 2020-ci ildə gömrük işinin daha da səmərəli şəkildə qurulması istiqamətində görüləcək işlərdən danışıb, kölgə iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan qətiyyətli addımların cari ildə də prioritet olacağını, informasiya texnologiyalarının geniş şəkildə tətbiqi hesabına sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsini təmin edəcək innovativ layihələrin həyata keçiriləcəyini bildirib.

O da vurğulanıb ki, cari ildə yeni gömrük postlarının tikilib istifadəyə verilməsi və mövcud gömrük postlarının infrastrukturunun yenidən qurulması nəzərdə tutulur ki, bu da xidmət səviyyəsinin yüksəldilməsinə münbit şərait yaradacaq. Komitə sədri son vaxtlar Çin Xalq Respublikasında yayılan və dünyanın bir neçə ölkəsində müşahidə olunan koronovirus epidemiyası ilə bağlı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən profilaktik tədbirlərdən bəhs edib və bu istiqamətdə nəzarət tədbirlərinin daha da gücləndirilməsinə dair konkret tapşırıqlar verib.

Eyni zamanda, müşavirədə aidiyyəti qurumların rəhbərləri müzakirə olunan məsələlər ətrafında təklif və rəylərini bildiriblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 582 17.02.20 21:45