Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Parlament seçkiləri ilə əlaqədar bu məntəqələrdə səsvermənin nəticələri ləğv olundu

13.02.2020 13:02 3 426
Parlament seçkiləri ilə əlaqədar bu məntəqələrdə səsvermənin nəticələri ləğv olundu
Parlament seçkiləri ilə əlaqədar 111 saylı Zaqatala seçki dairəsi üzrə iki, 123 saylı Kəlbəcər Seçki dairəsi üzrə bir seçki məntəqəsində səsvermənin nəticəsi ləğv olunub.

111 saylı Zaqatala Dairə Seçki Komissiyasının sədri Zöhrab İsmayılov APA-ya açıqlamasında bildirib ki, dairə üzrə 4 və 43 saylı seçki məntəqələrində müəyyən qayda pozuntularına yol verilməsi ilə bağlı komissiyaya məlumat daxil olub.

Daxil olan şikayət araşdırılıb və həmin məntəqələrdə müəyyən qanun pozuntularına yol verildiyi təsdiq olunub. Komissiyanın qərarı ilə həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılıb.

123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasının sədri Adil Murtuzayev də APA-ya açıqlamasında bildirib ki, dairə üzrə 10 saylı seçki məntəqəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığına görə həmin məntəqədə səsvermənin nəticələri ləğv edilib.скачать dle 11.3
Mojo.az Banner