Mojo.az Banner
19:15 Bakıda ana qolları olmayan körpəsindən imtina etdi - RƏSMİ (FOTO)  |     19:09 Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb - VİDEO  |     19:01 “Kəpəz”in kapitanı zədələndi  |     18:53 Vulkan püskürdü, jurnalistlər itkin düşdü  |     18:49 “Saqqalları qısaldın, çadranı yığışdırın” - Kadırov çağırış etdi  |     18:47 Sabah Bakıda yağış yağacaq  |     18:40 Bakıda motosiklet qaçırıldı  |     18:35 "Avropa Putinlə dialoqa hazırdır" - Vadeful  |     18:26 “Göydən daş yağır” – "Sac İnşaat"dan ŞİKAYƏT (VİDEO)  |     18:21 Arvadını doğrayaraq itlərə yedizdirdi, özü polisə təslim oldu  |     18:02 Paytaxtda 18 istiqamətdə sıxlıq var  |     17:51 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI  |     17:47 Azərbaycanda kursant VƏFAT ETDİ - FOTO  |     17:05 Kanat qurğusu niyə FHN-in nəzarət siyahısında olmayıb? – RƏSMİ CAVAB  |     16:09 Yevlaxda arxlar daşıb, həyətləri çirkab sular basıb - VİDEO  |     16:01 Kanat faciəsinin qarşısını necə almaq olardı? – Troslarla bağlı VACİB MƏQAMLAR  |     15:56 Xalq artisti Aleksandr Şarovski dəfn edilib  |     15:55 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək  |     15:35 Gəncədə keçmiş kollec direktorlarına cinayət işi açıldı - FOTO  |     15:33 Gələcək 5-10 ili düşünmədən ixtisas seçməyin – XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

Tbilisinin sabiq meri həbs olunur

10.02.2020 21:22 2 530
Tbilisinin sabiq meri həbs olunur
Tbilisinin sabiq meri, müxalif Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Gigi Uqulava üç il iki ay müddətinə həbs olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ali Məhkəməsi qərar qəbul edib.

Sabiq mer 2009-2010-cu illərdə 48 milyon lari (təxminən, 16 milyon dollar) vəsaitin israf edilməsi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda günahkar bilinib.

G.Uqulava məhkəmənin qərarını siyasi qərar adlandırıb. O, hüquq-mühafizə orqanları əməkdaşlarını Avropalı Gürcüstan Partiyasının ofisində gözləyəcəyini və həbsxanaya getməyə hazır olduğunu deyib.

Müxalifətçinin bu günün sonuna qədər həbs olunacağı gözlənilir.

Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi G.Uqulavanı 2015-ci ilin sentyabrında vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə dörd il altı ay müddətinə azadlıqdan məhrum edib. 2018-ci ilin fevralında məhkəmənin qərarı ilə müxalifətçi bir il üç ay müddətinə həbs edilib. Lakin o zaman G.Uqulava digər cinayət işi üzrə 1 il 3 ay 22 gün həbs cəzası çəkdiyindən həbsxanaya göndərilməyib.

Gürcüstanın Baş Prokurorluğu keçmiş merlə bağlı cinayət işini seçki islahatları tələbi ilə müxalifətin keçirdiyi etiraz aksiyalarından sonra bərpa edib.скачать dle 11.3
Mojo.az Banner