13:22 Azərbaycanın valyuta ehtiyatları 80 milyard dolları keçib  |     13:19 Son 20 ildə müdafiə sahəsinə ayrılan məbləğ açıqlandı  |     13:10 Luvr muzeyi qarət olunduqdan üç gün sonra yenidən açıldı  |     13:06 Bakıda 10 yeni metro stansiyası tikiləcək  |     13:05 Erməni vitse-spiker: "Azərbaycanın qərarı nəqliyyat marşrutlarının şaxələndirildiyinə dəlalət edir"  |     12:24 Dörd Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə ekstradisiya edildi  |     12:23 Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək  |     12:04 İlham Əliyev Yaqub Eyyubovu təltif etdi  |     12:02 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA açıqlandı  |     12:00 Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək  |     11:59 Ölkəyə İrandan külli miqdarda narkotik gətirən TIR sürücüsü saxlanıldı - Video  |     11:58 Baş prokuror Kamran Əliyev Braziliyaya gedib  |     11:57 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ  |     11:55 Həbsdəki sabiq qərargah rəisi vaxtından əvvəl azadlığa çıxdı  |     11:54 Azərbaycan neftinin qiyməti artıb  |     11:53 Bakıda 87 yaşlı moped sürücüsü qəzada öldü  |     11:46 İslandiyada ilk dəfə ağcaqanadlar görünüb  |     11:44 "WhatsApp"da yeni FUNKSİYA  |     11:42 Fransada 24 yaşlı qadın 1.5 milyon avroluq oğurluqda ittiham olunur  |     11:41 Ələt qəsəbəsində avtomobil iki piyadanı vuraraq öldürüb  |    

Əlverişsiz hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib - RƏSMİ

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.

Bu barədə Agentliyin Mətbuat Xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.

Xəbərdarlıqda bildirilir ki, dəniz akvatoriyasında fevralın 8-i axşamdan 10-u gündüzədək Şimal-qərb Şimal küləyinin sürəti 20-25 metr saniyədən arabir 30-35 metr saniyəyədək güclənəcək. Güclü külək fevralın 9-da açıq dənizdə arabir 38-40 metr saniyəyədək şiddətlənəcək. Dalğanın hündürlüyünün 3-5 metrdən 7-9 metrə çatacağı və daha çox olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, bu gün hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.

Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin ediləcək. Milli Mərkəz təcrübəli kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər siğinacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz lövbərdə durma prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə olunacaq.

Hava şəraitinə uyğun olaraq Milli Mərkəz tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görüləcək.

Bu gün həmçinin dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırlıb. Hər zaman olduğu kimi bu gün də Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir.

Dövlət Dəniz Agentliyinin gündəlik iş rejimində olduğu kimi Azərbaycanın ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Milli Mərkəz tərəfindən eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 312 06.02.20 20:44