Mojo.az Banner
16:03 Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama  |     15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |     15:46 58 yaşlı kişi sevdiyi qadını alan şəxsi armaturla döydü  |     15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |     14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeronda yaşayış binasında güclü yanğın - YENİLƏNİB + VİDEO

06.02.2020 17:56 4 233
Abşeronda yaşayış binasında güclü yanğın - YENİLƏNİB + VİDEO
Abşeron rayonunda yerləşən “Cənnət Park” yaşayış kompleksində baş verən güclü yanğın zamanı beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə, xəsarət alanlardan biri bina sakini, dördü isə FHN-nin yanğından mühafizə bölmələrinin əməkdaşlarıdır.

“Cənnət Park” yaşayış kompleksində baş vermiş yanğın nəticəsində bina sakini olan qadın sifətin və yuxarı ətrafların birinci və ikinci dərəcəli yanığı diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Xəsarət alan dörd nəfər FHN işçisindən ikisi Respublika Yanıq Mərkəzinə, digər ikisi isə Respublioka Toksikoloji Mərkəzinə yerləşdirilib.

Xəsarət alanların vəziyyəti yaxşıdır, hazırda onlara ambulator yardım göstərilir.

* * * * *

Abşeron rayonunda yerləşən “Cənnət Park” yaşayış kompleksində baş verən güclü yanğın artıq söndürülüb.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, yanğın zamanı ölən və xəsarət alan olmayıb:

“Yanğın doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 80 kv.metr olan üçotaqlı mənzilin iki otağında yanar konstruksiyalarda baş verib. Yanğın zamanı tüstüdən zəhərlənən bir qadın təcili tibbi yardım briqadasına təhvil verilib.

15 nəfər bina sakini təxliyyə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb və yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb”.

* * * * *

Abşeron rayonunda yerləşən “Cənnət Park” yaşayış kompleksində güclü yanğın baş verib.

Bu barədə Yeniavaz.com-a yaşayış kompleksinin sakinləri məlumat veriblər və yanğını əks etdirən görüntüləri redaksiyamıza göndəriblər.

Sakinlər yanğın zamanı tüstüdən boğulanların və yananların olduğunu iddia edirlər. Bildirilir ki, yanğın nəticəsində ölən və yaralananlar var.

Həmin kadrları təqdim edirik:


скачать dle 11.3
Mojo.az Banner