Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tovuzda yaşayış binasında yanğın QƏSDƏN TÖRƏDİLİB? - Xəsarət alan var

04.04.2025 14:44 849
Tovuzda yaşayış binasında yanğın QƏSDƏN TÖRƏDİLİB? - Xəsarət alan var
Tovuz rayonunda yaşayış binasında baş verən yanğınla bağlı bəzi detallar məlum olub.

Yanğının baş verdiyi mənzil Sinəxanım Həsənovaya məxsusdur.

Hadisəni S.Həsənovanın oğlu Firdovsi Həsənovun qəsdən törətdiyi ehtimal edilir.

İddiaya görə, F.Həsənov hadisəni törədən zaman spirtli içkinin təsiri altında olub.

Onu intihar məqsədilə yaşadığı mənzili yandırdığı bildirilir. Firdovsi Həsənov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Fövqəladə Hallar Nazirliyi Tovuzdakı yanğınla bağlı geniş məlumat yayıb.

\FHN-in Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir:

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz şəhəri, Vaqif küçəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın birinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50 kv.m olan üçotaqlı mənzilin yanar konstruksiyaları yanıb, qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı köməksiz vəziyyətdə qalmış dörd nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas olunub, yeddi nəfər təhlükəsiz əraziyə təxliyə edilib, xəsarət almış bir nəfər isə təcili tibbi yardım briqadasına təhvil verilib", - deyə məlumatda vurğulanır.

Tovuz şəhəri, Vaqif küçəsindəki beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xəsarət alanların son durumu da açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 4-ü, saat 13:00-da Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə doqquz nəfər (beşi kişi, dördü qadın cinsli olmaqla) hospitalizasiya edilib.

"Onlardan üçü azyaşlıdır. Xəstələrə zəruri tibbi yardım göstərilib. Bir nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə kafi qiymətləndirilir", - deyə məlumatda bildirilir.скачать dle 11.3
Mojo.az Banner