Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağsuda dəhşət: Ata 11 yaşlı oğluna təcavüz edən manyakı 250 manata bağışladı - VİDEO

06.02.2020 15:39 12 045
Ağsuda dəhşət: Ata 11 yaşlı oğluna təcavüz edən manyakı 250 manata bağışladı - VİDEO
Ağsuda dəhşətli və utancverici hadisə yaşanıb.

30 yaşlı A.M. 11 yaşlı oğlana cinsi təcavüz edib.

Hadisə yeddi ay əvvəl baş verib. Təcavüzə məruz qalmış uşağın danışıqları əsasında manyak həbs olunub. Onun məhkəməsi başa çatmayıb, lakin təcavüz faktı təsdiqlənib.

Uşaqların atası Şamonun bibisi ATV-nin “BizimləSən” proqramına gələrək uşaqlara yardım göstərilməsini istəyib. Bibinin sözlərinə görə, Şamo uşağına təcavüz edən manyakı bağışlayıb və bu səbəbdən onların atalarından alınıb dövlətə verilməsini istəyib.

Məhkəmə iclaslarının birində ata oğluna təcavüz edən şəxsə sövdələşmə təklif edib. 250 manat qarşılığında onu bağışlayacağını bildirir. İçki düşkünü olan Şamo 250 manatı alır və bağışladığını deyir.

Bibi deyir ki, A.M. Ağsuda “Kepkalı Ramiz”in oğlu kimi tanınır və onun bundan əvvəl də azyaşlılara təcavüz etdiyi deyilir. Hətta Ağsuda bu hərəkəti üstündə onu döyüblər, bir həftə qanın içində olub.

Şamonun iki övladı var: 12 yaşında qızı və təcavüz edilmiş 11 yaşlı oğlu. Uşaqlar məktəbə getmirlər. Uşaqların atası içki düşkünüdür, ana isə beş ildir, onları tərk edib.

Qeyd edək ki, pedofilin işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır. Atanın bağışlamasından asılı olmayaraq, A.M. cəzasını alacaq. Onu ən az yeddi il həbs cəzası gözləyir.
/Baku.ws/




Son xəbərlər