Mojo.az Banner
Son Xəbərlər
23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Tovuzda 18 yaşlı qızı qaçırdılar - MƏHKƏMƏ

04.02.2020 16:55 3 553
Tovuzda 18 yaşlı qızı qaçırdılar - MƏHKƏMƏ
Adam oğurluğunda təqsirləndirilən Tural Zeynalov, Pərviz Musayev və Mehman Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılmaq üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Dadaş İmanovun icraatına verilən iş üzrə hazırlıq iclası fevralın 13-də keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Tovuzun Əhmədabad kəndində baş verib.

Əhmədabad kənd sakini, 2001-ci il təvəllüdlü M.Ş.-i evinin yaxınlığından zorla maşına mindiriblər. Onu Gədəbəy rayonunun Tərsyer kəndinə apararaq orada saxlayıblar. Qaçırmanın məqsədi qızla evlənmək olub.

Qızı qaçıran şəxslər Tovuzun Abdal kənd sakinləri - 1992-ci il təvəllüdlü Zeynalov Tural Nazim oğlu, 1996-cı il təvəllüdlü Musayev Pərviz Vüqar oğlu və 1994-cü il təvəllüdlü Qasımov Mehman Məhəmməd oğlu olub. Onlar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.

Tovuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirib. M.Ş.-nin yeri müəyyən edilib və qız rayon polis şöbəsinə gətirilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu) maddəsi ilə ittiham verilib.скачать dle 11.3

Son xəbərlər