Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda idmançını öldürən ata-oğulun işi yenidən məhkəməyə göndərilib

17.09.2019 19:54 1 892
Sumqayıtda idmançını öldürən ata-oğulun işi yenidən məhkəməyə göndərilib
Sumqayıtda idmançını qətlə yetirməkdə təqsirləndirilən ata və oğul - Ramil və Əhəd İsmayılovların cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Xatırladaq ki, bu iş üzrə əvvəl Cinayət Məcəlləsinin 126.3-cü ( qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə məhkəməyə göndərilmişdi. Lakin məhkəmə istintaqı dövründə iş ağırlaşdırıcı hallarla yenidən istintaqa qaytarılmışdı.

Qeyd edək ki, hadisə 2017-ci ildə Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Dörd gündən sonra R.Həbibov xəstəxanada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata və oğlu - Ramil və Əhəd İsmayılovlar saxlanılıblar.

Hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.

Xatırladaq ki, R.Həbibov idmançı olubскачать dle 11.3

Son xəbərlər