Baş Prokurorluq və DİN-dən transformatorda meyiti tapılan Əmrahla bağlı AÇIQLAMA - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:41 Qubada dağlıq ərazidə yanğın başlayıb  |     15:37 "Qalatasaray"la "Spartak" razılaşdı: Kolumbiyalı Moskvaya köçür  |     14:57 BDU-ya qəbul olanların qeydiyyatı bu tarixdə başlayacaq  |     14:10 Tərtərdə "Hyundai" ilə BMW toqquşdu: Yaralananlar var  |     13:56 "İki etibarlı çiyin" - Emin Ağalarovun paylaşımı diqqət çəkdi  |     13:38 Kürdə balıq və digər su bioloji resurslarının məhv olması faktı ilə bağlı araşdırma aparılır  |     13:37 Yasamalda 45 yaşlı qadın qətlə yetirilib  |     13:37 Ucar sakini Bakıda elektrik cərəyanı vurması nəticəsində ölüb  |     13:36 Xəzər rayonunda qanunsuz tikili sökülüb - Video  |     13:35 Səbail rayonunda NARKOTİK ƏMƏLİYYATI - 10 kiloqram marixuana aşkarlandı (Video)  |     13:34 Sabah Bakının bir küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq - Video  |     13:31 "TikTok"da humanitar yardım adı altında dələduzluq edən qadın SAXLANILDI - Video  |     13:30 Azərbaycan Hindistanın ən çox axtarılan kriminal avtoritetlərindən birini ekstradisiya edib - Video  |     13:27 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 Füzulidə yanğın törədən şəxs saxlanılıb  |     13:16 Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü  |     13:15 Bakıda sahibi tapılmayan avtomobilə hər gün cərimə yazılır - Video  |     13:14 ADA-nın Kompüter elmləri ixtisasının keçid balı REKORD VURDU  |     13:10 Həkimlərin rəqs etdiyi görüntülərdə əməliyyat olunan pasiyent DANIŞDI - Video  |     13:09 Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? - Video  |    

Baş Prokurorluq və DİN-dən transformatorda meyiti tapılan Əmrahla bağlı AÇIQLAMA - YENİLƏNİB

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Qusarda iki gün öncə itkin düşən və meyiti tapılan uşaqla bağlı birgə məlumat yayıb.

Məlumatda qeyd edilib ki, fevralın 1-də itkin düşmüş Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrah Əmrahovun axtarılıb tapılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti fevralın 3-də saat 16 radələrində yaşadığı evdən təxminən 1 km kənarda fərdi təsərrüfata aid sahədə yüksək gərginlikli transformator otağında aşkar edilib:

“Prokurorluq və polis əməkdaşları dərhal hadisə yeri və meyitə “Azərişıq” ASC-nin səlahiyyətli nümayəndələrinin, məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirib.

İlkin məlumata görə mərhumun ölümünə səbəb elektrik cərəyanı vurması olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

* * * * *

Qusarda iki gün öncə itkin düşən uşağın meyiti tapılıb.


Bununla bağlı DİN Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Qusar RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayının 1-də itkin düşmüş 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlunun meyiti bu gün saat 15:30 radələrində yaşadığı kəndin yaxınlığında yerləşən transformatordan tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, Əmrah Əmrahov həmin transformatora daxil olub, elektrik enerjisi vurması nəticəsində vəfat edib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 416 03.02.20 19:20