21:52 "Rəqib komanda çox təcrübəli baş məşqçiyə sahibdir"  |     21:29 Güləşçimiz dünya çempionu oldu  |     21:00 Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasının saytından SİLİNDİ  |     20:52 Bakıda məktəbdə yanğın olub  |     20:46 Mingəçevirdə iki piyadanı maşın vurub, onlardan biri ölüb  |     20:37 Şirvan kanalında batan şəxsin meyiti tapılıb  |     20:24 19 yaşlı Ləmanın atası hər şeyi danışdı - ölümünə səbəb gəlinlik imiş... - FOTO  |     20:15 ABŞ hərəkətə keçdi - Rusiyaya qarşı sanksiyalar siyahısı genişlənir (ŞƏRH)  |     20:04 Şəkidə yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB-1  |     19:59 Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs Almaniyadan ekstradisiya ediləcək  |     19:52 Paşinyan Gürcüstana səfər edib - YENİLƏNİB  |     19:27 Polşada təxribat planlaşdıran 8 nəfər həbs olunub  |     19:20 Gümrünün baş memarı həbs olundu  |     19:06 Professor 2026-cı il icbari tibbi sığorta büdcəsini şərh etdi  |     18:58 İki ildə bu səbəbdən 8,1 milyon insan ölüb - Havanın ən çirkli olduğu ölkələr və şəhərlər  |     18:50 AZAL-ın Bakı–Tbilisi reysləri aeroportun I terminalından həyata keçiriləcək  |     18:46 "İstanbul NS" klinikasının külli miqdarda borcu üzə çıxdı  |     18:45 Keçmiş əri tərəfindən bıçaqlanan TƏBİB əməkdaşı evə buraxılıb  |     18:38 Baş Prokurorluq plastik cərrahdan şikayət edən şəxsin iddialarına cavab verib  |     18:30 Bakıda qucağında azyaşlı maşın sürən şəxs qəza törədib, uşaq ölüb - YENİLƏNİB  |    

Ailənin vəfat edən üç üzvünə bildiriş gəldi: Biri 14 il əvvəl ölüb - FOTO

28 saylı Sabunçu üçüncü seçki dairəsi 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində vəfat etmiş şəxslərin adına seçkidə iştirak etməklə bağlı bildiriş göndərib.

Bu barədə Qafqazinfo-ya vəfat etmiş şəxslərin yaxınları məlumat veriblər.

Bildirişə əsasən, həmin şəxslər Nizami, 9 ünvanında yerləşən 4 saylı seçki məntəqəsinin seçicilər siyahısına daxil ediliblər.

Söhbət Dairə Seçki Komissiyası tərəfindən seçici kimi təqdim edilən Rəfiqə Vəliyeva, Xədicə Vəliyeva və Həsənağa Vəliyevdən gedir. Amma adıçəkilən şəxslər - R.Vəliyeva 2006-cı ilin dekabrın 20-də, X.Vəliyeva 2018-ci ilin sentyabrın 3-də, Həsənağa Vəliyev isə 2019-cu ilin iyun ayında vəfat edib.

Ailəni təəccübləndirən əsas məsələ bir ünvana vəfat etmiş üç şəxslə bağlı bildirişlərin göndərilməsi ilə yanaşı, onlardan birinin hələ 14 il əvvəl vəfat etmələridir. Belə ki, həmin şəxsin ölümündən sonra ölkədə iki dəfə vətəndaşların siyahıyaalınma prosesi baş tutub.

Qeyd edək ki, seçicilərlə bağlı bildirişlərin hazırlanması və ünvanlara çatdırılması birbaşa Dairə Seçki Komissiyasının səlahiyyətindədir.

Qafqazinfo məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına bir neçə gün əvvəl sorğu göndərsə də, komissiya sorğunu cavablandırmayıb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 638 03.02.20 14:51