Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Şirvanda ərlə arvad dəm qazından zəhərlənib - YENİLƏNİB

30.01.2020 23:33 1 762
Şirvanda ərlə arvad dəm qazından zəhərlənib - YENİLƏNİB
Şirvanda dəm qazından zəhərlənmə hadisəsi şəhərin M.Mirzəyev 23 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.

APA-nın məlumatına görə, Şirvan sakinləri olan ər və arvad – 1978-ci il təvəllüdlü Asim Süleymanov və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Süleymanova Zeynəb Akif qızı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Asim Süleymanov reanimasiyaya daxil olana qədər yolda keçindiyi qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

***

Şirvan şəhərində iki nəfər dəm qazından zəhərlənib.

APA-nın məlumatına görə, 42 yaşlı Asim Süleymanov və onun həyat yoldaşı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq, A.Süleymanov dünyasını dəyişib. Onun həyat yoldaşı isə reanimasiyaya yerləşdirilib.

Son xəbərlər