Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Masallıda boğularaq öldürülən 16 yaşlı gəlinin toyu ilə bağlı təfərrüat: “Bizi dinləmədi...”

29.01.2020 19:30 3 031
Masallıda boğularaq öldürülən 16 yaşlı gəlinin toyu ilə bağlı təfərrüat: “Bizi dinləmədi...”
Masalıda 16 yaşlı Fatimə Qəmbərovanın toyundan sonra ölümünün bəzi təfərrüatları məlum olub.

Rayonun Həsənli kənd sakinlərindən “Qaynarinfo”ya verilən məlumata görə, qız toyundan 17 gün sonra ölüb:

“Qızın nikah üçün yaşı çatmırdı. Bununla bağlı hər iki valideyni icra nümayəndəliyinə çağırdıq və söhbət etdik. Onlara başa saldıq ki, bu, qanunvericiliyə ziddir. Dedik ki, səbr edin, qız yetkinlik yaşına çatsın. Lakin tərəflərdən heç biri bizi dinləmədi. Biz də məcbur olub hüquq-mühafizə orqanlarına məlumat verdik. İndi də eşitdik ki, qız ölüb. Bu saat gəlinin meyiti ekspertizaya verilib. Bir neçə saata səbəbi də bilinəcək”.

Qeyd edək ki, Masallı rayonunun Həsənli kənd sakini olan Fatimə Qəmbərova naməlum şəraitdə dünyasını dəyişib. Onun iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirildiyi bildirilir.

Artıq qızın qətlə yetirildiyi məlum olub. Masallı Rayon Prokurorluğundan verilən məlumata görə, 2003-cü il təvəllüdlü F.Qəmbərovanın ölümü ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner