Mojo.az Banner
18:45 Beyonsdan zəlzələdən zərərçəkənlərə böyük dəstək  |     18:40 Sərxoş halda evə gələn kişiyə sevgilisi irad tutdu, o isə qadını döydü  |     18:34 Dünyanın hakimiyyətdə olan ən gənc monarxı 34 yaşında vəfat etdi  |     18:20 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     18:06 Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu - FOTO  |     17:44 Ev satmaq adı ilə 23 min manat dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     17:34 Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI  |     17:20 Premyer Liqa: "Neftçi", "Sabah" və "Qarabağ"ın növbəti oyunlarının təyinatları açıqlanıb  |     17:11 Abşeronda dəhşətli qəza: Yeniyetmə sürücü qadını ÖLDÜRÜB QAÇDI? - GÖRÜNTÜLƏR  |     16:53 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək  |     16:39 Bakıda küçələrdən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     16:34 Sabah çimərliklərdə hava necə olacaq?  |     16:26 KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri tutub - VİDEO  |     16:10 Bakıda dörd bina sökülə bilər - ÜNVANLAR  |     15:59 Tbilisidə su anbarında 15 yaşlı azərbaycanlının cəsədi tapıldı  |     15:55 Laçın Film Festivalı Azərbaycan kinosuna nə vəd edir? – SORĞU  |     15:46 Azərbaycanlı dənizçilərin olduğu gəmi Qara dənizdə batıb - İDDİA  |     15:35 Dələduzluqda ittiham edilən Nigar Fərhad sərbəst buraxıldı  |     15:34 Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində fəaliyyət göstərən diplomatik korpus kateqoriyasına daxil edilib  |     13:31 Neft qiymətlərində dalğalanma: Son məlumatlar açıqlandı  |    
Left Banner
Right Banner

Bakıda məşhur marketə hücum: Bıçaqla hədələyib pul tələb etdi - FOTO

25.01.2020 21:09 2 274
Bakıda məşhur marketə hücum: Bıçaqla hədələyib pul tələb etdi - FOTO
Bakıda 42 yaşlı kişi “Bazarstore” mağazasına bıçaqla basqın edib.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, hadisə bu gün saat 18:50 radələrində, paytaxtın Suraxanı rayonu, Malik Mustafayev və Elxan Həsənov küçələrinin kəsişməsində yerləşən ünvanda qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Tamin Məmmədov “Bazarstore” mağazasına daxil olaraq satıcını bıçaqla hədələyib, kassadan pul tələb edib. Bu zaman həmin ərazidə olan Suraxanı Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşlarının çağırış üzrə hadisə yerində çevik tədbirləri nəticəsində T.Məmmədov saxlanılıb.

Daha sonra T.Məmmədov 31-ci Polis Bölməsinə təhvil verilib.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, son vaxtlar paytaxtda ərazi polis orqanlarının Post Patrul Xidməti (PPX) bölüklərinin fəaliyyəti gücləndirilib. Gün ərzində növbəli xidmət aparan naryadların çağırışlar üzrə hadisə yerinə yaxınlaşması asanlaşdırılıb. Ən müasir rabitə cihazları ilə təmin edilən naryad qruplarına peşəkar əməkdaşlar cəlb olunub. Ərazidə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatının dayanıqlı olması üçün PPX-ların işinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.

скачать dle 11.3
Mojo.az Banner