Mojo.az Banner
19:16 “Mannhaim Travel”in direktoru vətəndaşları xaricdə iş vədi ilə aldadıb pullarını ələ keçirdi  |     19:10 Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi  |     19:03 Azərbaycanda bu şəxslərə milyonlarla manat ƏDV geri qaytarıldı - RƏSMİ  |     18:56 Macarıstan 10 rus diplomatını ölkədən çıxarır  |     18:50 AFFA 4 klubu cərimələdi  |     18:42 Fermerlər üçün erkən xəbərdarlıq sistemi yaradılacaq  |     18:37 Bu sahədə qızlar oğlanları üstələdi - Azərbaycanda ilk  |     18:30 Bu şəxslər pensiya ala bilməyəcək  |     18:24 Küləkli havada 4 nəfər xəsarət alıb  |     18:15 Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı  |     18:09 Xırdalanda daş sexinin fəaliyyətindən NARAZILIQ - VİDEO  |     18:01 Sürücülər bu mahnılara qulaq asmasın  |     17:57 Sumqayıtda zəncirvari qəza: Beş avtomobil toqquşub  |     17:53 Azərbaycan polisi Amerikada vacib sammitə dəvət olundu  |     17:35 “Gənclik Mall”da xəbərdarlıq sistemi buna görə işə düşüb  |     17:28 Anar Əsədli barəsində YENİ QƏRAR  |     17:19 Peskov: "Sülh danışıqları uzandıqca Kiyevə qarşı tələblər sərtləşəcək"  |     17:08 Pensiyalar nə vaxt veriləcək?  |     17:08 Abşeronda motoxuliqanlıq edən 30 sürücü saxlanıldı - VİDEO  |     16:41 Leyla Əhmədova həbs olundu  |    
Left Banner
Right Banner

Türkiyədə zəlzələlər davam edir: Üç nəfər özünü eyvandan atdı - VİDEO

23.01.2020 15:48 2 057
Türkiyədə zəlzələlər davam edir: Üç nəfər özünü eyvandan atdı - VİDEO
Türkiyədə zəlzələlər davam edir.

DHA-nın yaydığı xəbərə görə, dünən yerli vaxtla 22:22-də Manisa şəhərinin Akhisar rayonunda 5,4 bal gücündə, 3 dəqiqə sonra Kırkağac rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin təkanları Ege və Mərmərə hissəsində də hiss edilib.

Zəlzələ nəticəsində üç nəfər panika ilə pəncərədən və ya eyvandan yerə tullanaraq yaralanıb. Bir nəfər isə ürək narahatlığı ilə xəstəxanaya yerləşdirlib.

Rəsmi məlumata görə, ümumilikdə 212 təkrar seysmik təkan qeydə alınıb.

Bu gün Ankaranın Akyurt rayonunda yerli vaxtla saat 06:42-də yerin 7 kilometr dərinliyində 3,8 bal, 06:54-də isə 13 kilometr dərinlikdə 4,5 bal gücündə zəlzələ baş verib. Ərazidə ümumilikdə 10 təkrar təkan qeyd olunub.

Mütəxəssislər təkanların daha bir neçə gün, hətta bir neçə həftə davam edəcəyini bildiriblər. Zəlzələnin gücünün 6 baladək artacağı gözlənilir.




скачать dle 11.3
Mojo.az Banner