Mojo.az Banner
20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |     20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya Xalq artistinin nikahdankənar oğlu olduğunu deyən Timur Bakıya qayıdır

22.01.2020 22:30 2 451
Rusiya Xalq artistinin nikahdankənar oğlu olduğunu deyən Timur Bakıya qayıdır
Rusiya Federasiyasının Xalq artisti Nikolay Tsiskaridzenin oğlu olduğunu iddia edən azərbaycanlı Timur Əkbərov Rusiyanı tərk etmək qərarına gəlib.

Qalmaqaldan bezən 19 yaşlı gənc Bakıya qayıdır.

Bu barədə “Teleproqramma.pro” xəbər yayıb.

Qeyd edək ki, 2019-cu ilin payızında Azərbaycandan olan 19 yaşlı Timur Zayr-oğlu Əkbərov özünü Rusiya Federasiyasının Xalq artisti Nikolay Tsiskaridzenin nikahdankənar oğlu olduğunu elan edib. Gənc bu iddiasını anasında tapılan sənədlərə və xareoqrafla olan zahiri bənzərliyi ilə əsaslandırıb.

Sonra Timur Moskvaya gələrək Tsiskaridze ilə görüş və DNT testi tələb edib.

Maraqlıdır ki, Nikolay Tsiskaridze bu xəbərlərə reaksiya verməyib və Timurla görüşməyib. Dekabr ayında Timur şoumen Stas Baretski tərəfindən döyüldüyünü və həkimlərin onda xərçəng müəyyən etdiyini bildirdi.

O, Tsiskaridzeni müalicə haqqını ödəməyə məcbur etmək üçün məhkəməyə getməyi planlaşdırırdı. Ancaq sonra gənc anasının bütün sənədləri məhv etdiyini bildirərək, məhkəməyə getmək barədə fikrini dəyişdiyini bildirdi.

“Bu da son. Mən məhkəməyə sənədlərimi verə bilmərəm. Anam atalığın müəyyənləşməsi üçün toplanan bütün sənədləri ayaqyolunda yandırdı. Onları çətinliklə yığmışdım, vəkillə ora-bura sürünmüşdüm”, - deyə Əkbərov portala bildirib.

Bütün bu hadisələrdən sonra Timur Əkbərov vətəninə qayıtmaq qərarına gəlib və iki həftə sonra Bakıya həmişəlik yollanacağını bildirib.

Qeyd edək ki, Nikolay Tsiskaridze Rusiyada ən məşhur balet rəqqaslarından biridir. Bir çox həmkarları kimi, o da bütün həyatını səhnəyə həsr edib, buna görə həyat yoldaşı və övladı yoxdur.скачать dle 11.3
Mojo.az Banner