Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Asiman Qurbanlı Şengen vizasına görə yarışdan kənar qalıb - ÖZƏL

21.01.2020 23:31 2 701
Asiman Qurbanlı Şengen vizasına görə yarışdan kənar qalıb - ÖZƏL
Karate millimizin aparıcı üzvlərindən olan Asiman Qurbanlının Fransanın paytaxtı Parisdə keçiriləcək Premyer Liqa yarışına yollana bilməməsinin səbəbinə aydınlıq gəlib.

Median.Az
-ın oxu.az-a istinadən verdiyini xəbərə görə, ötən il Belarusun paytaxtı Minskdə baş tutmuş II Avropa Oyunlarının qalibi olan karateçimiz Şengen vizası açdıra bilməyib. Belə ki, Fransanın Bakıdakı səfirliyi +84 kq-da çıxış edən idmançımıza məlum olmayan səbəbdən viza açmaqdan imtina edib.

Digər karateçimiz Şahin Atamov üçün isə əvvəlcədən viza üçün səfirliyə müraciət edilməyib deyə, bu çəkidə idmançımız mübarizə aparmayacaq.

Həmçinin qadın karateçilərimizdən İlahə Qasımova və Fəridə Abiyevanın millimizlə yarışa aparılan heyətdə yer almaması da təsadüfi deyil. Hər iki karateçi son yarışlarda uğursuz nəticələri ilə yadda qaldıqlarından, federasiya artıq xərc çəkib onları yarışa aparmaq istəməyib. Çünki bu idmançıların Tokio Olimpiya Oyunlarına lisenziya qazanmaq şansları olduqca azdır.

Bununla belə, əldə etdiyimiz son məlumata görə, 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının bürünc mükafatçısı İlahə Qasımova şəxsi kolleksiyasında medal sayını artırmaq üçün yarışda iştirak edəcək. O, Parisə federasiya yox, öz hesabına gələcək.

Son xəbərlər