Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

DİQQƏT! Polis bu şəxslə bağlı əhaliyə müraciət edib — VİDEO

20.01.2020 20:48 1 866
DİQQƏT! Polis bu şəxslə bağlı əhaliyə müraciət edib — VİDEO
Binəqədi rayonu ərazisində yetkinlik yaşına çatmayan şəxsə qarşı soyğunçuluq edilib.
DİN mətbuat xidmətindən ölkə.az-a verilən məlumata görə, zərərçəkənin valideyni metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında övladının 780 manatlıq “Samsung” markalı mobil telefonunun 3 nəfər tərəfindən soyğunçuluq yolu ilə əlindən alındığını bildirib.

Məlumat daxil olan kimi Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının isti izlərlə keçirdikləri tədbir nəticəsində soyğunçuluq edən şəxslər - əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Kamran Mirzəzadə və onun birlikdə qeyd edilən cinayətdə iştirak edən daha iki nəfər yetkinlik yaşına çatmayan şəxs tutulub.
Saxlanılan şəxslərin hər biri törətdikləri cinayəti etiraf edib. Dəstə üzvləri əldə etdikləri mobil telefonu hadisədən sonra satdıqlarını bildiriblər.

Faktla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Dəstə üzvlərinin, xüsusən Kamran Mirzəzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.скачать dle 11.3

Son xəbərlər