Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Salyanda velosipedçi kişini avtomobil vurub

16.01.2020 23:56 1 484
Salyanda velosipedçi kişini avtomobil vurub
Salyan rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara yolunda, Bayraq meydanının yaxınlığında qeydə alınıb.

Belə ki, Salyan şəhər Tale Davudzadə küçəsində yaşayan, 1955-ci il təvəllüdlü Əsədov Qədmşah Əsəd oğlu velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub.

Qapalı kəllə-beyin travması alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər