Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

60 ildir bığını kəsmir - FOTO

15.01.2020 16:22 2 167
60 ildir bığını kəsmir - FOTO
Türkiyənin Ərzurum vilayətinin Xorasan mahalında oğlu Məhəmmədlə birlikdə bərbərlik edən Hacı Kırbaç 60 ildir ki, bığlarını kəsmir. Beş uşaq, 36 nəvə sahibi olan 76 yaşlı kişi mahala gələn yerli və xarici turistlərlə bərabər, siyasətçilərin də maraq dairəsindədir. O, yarım əsrdən çox müddətdir kəsmədiyi bığlarına mütəmadi qulluq etdiyini deyərək, sirrini heç kimlə bölüşməyəcəyini vurğulayıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

“Xorasanlı Pala” ləqəbi ilə tanınan Hacı Kırbaç bığa qulluq etməyin çətin olduğunu və baha başa gəldiyini bildirsə də, bərbər olduğu üçün öhdəsindən asanlıqla gəldiyini deyib. Türkiyənin hər yerindən onunla foto çəkdirməyə gələnlərin olduğunu deyən Kırbaç bunları söyləyib:

“Bığımı çox sevirəm. Səhər bərbərxananın qapısını açan kimi bığıma baxıram. Bığıma 60 ildir qulluq edirəm. Xüsusi qulluq var, amma bu günə qədər heç kimə deməmişəm. Bundan sonra demərəm, sirdir. Hazırda 1.5 metr uzunluğu var.

İki rəqibim var idi, onlar rəhmətə getdi, tək qaldım. Mən ölsəm, bığ çempionu olaraq heç kim qalmayacaq. Məndən sonra bığ uzadan heç kim yoxdur. Daha çox uzada bilərəm, amma rəqibim olmadığlı üçün uzatmıram. Mənim üçün səliqəli olsun, kifayətdir. Bəlkə də, 100 nəfər səhərdən axşama qədər şəkil çəkdirməyə gəlir. Həm ölkədən, həm də xaricdən mənimlə şəkil çəkdirmək üçün növbədədirlər.

Bu yaşda bu bığla qulluq edən şəxsin müştərisi olmaz? Mənim kimi bığ uzada bilməzlər. Prezidentlə üç dəfə görüşmüşük. Başımda panama papaq var idi. Prezident dedi ki, “bu olmasaydı, daha yaxşı olardı”. Əminə xanım da, “yox, Pala onunla tanınıb”, - dedi. Hər zaman panama ilə gəzirəm. Qalstuksuz və panamasız heç yerə getmərəm”.





скачать dle 11.3
Mojo.az Banner