Mojo.az Banner
Son Xəbərlər
14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıqlama yayıb

10.01.2020 21:46 1 679
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıqlama yayıb
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Limanında Türkmənistan istiqamətində gəmi hərəkəti normal rejimdə həyata keçirilir.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən Baku.ws-ə verilən məlumata görə, Türkmənistana məxsus “Berkarar” gəmisinin təmirdə olması səbəbindən Bakı Limanında toplanan ağır yüklü nəqliyyat vasitələrinin (TIR) növbəsinin azalması üçün Azərbaycan və Türkmənistan tərəfindən müvafiq işlər həyata keçirilir. Hal-hazırda 51 TIR yol vergisini ödədikdən sonra “Bəxtiyar” gəmisi ilə Türkmənbaşı limanına yola salınır.
Ümumilikdə, Bakı Limanından Türkmənistana yola düşəcək 300-ə yaxın TIR mövcud olan ardıcıllıqla tez bir zamanda yola salınacaq.

Bakı Limanı sürücülərin rahatlığı üçün müvafiq tədbirlər görür, gözləmə vaxtı onların yarana biləcək tələblərini ödəmək üçün iş aparır. Məsələ ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Son xəbərlər