Mojo.az Banner
23:02 Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək  |     22:57 Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra işdən çıxarıldı  |     22:50 İrandan Azərbaycana təxliyə: Daha 42 xarici vətəndaş sərhədi keçdi  |     22:45 "Neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun" - İran  |     22:36 Türk Hava Yolları İrəvana uçuşlara başladı  |     22:30 Bu rayonlarda qanunsuz kömür quyuları aşkarlandı  |     22:22 Ramazanın 22-ci gününün duası - İmsak və iftar vaxtı  |     22:17 Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi  |     22:09 Dardanel boğazı müvəqqəti bağlandı  |     22:05 Könül Həmzəyeva saxlanıldı  |     21:55 İnzibati cərimələr bu halda 20 gün ərzində geri qaytarılacaq  |     21:47 Tiktoker “Şiva” həbs edildi  |     21:36 Polis həmin “həkim”i saxladı  |     21:32 İctimai Televiziya Azərbaycanın "Avroviziya"dakı təmsilçisi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib  |     21:29 Daha bir ölkə İrandakı səfirliyini bağladı  |     21:23 Azər Qasımlı 12 il azadlıqdan məhrum edildi  |     21:18 Naxçıvanda dəmir yolu xətti yenidən qurulur - Video  |     21:12 Pensiyalar tam ödənildi  |     21:07 "Neftçi" 23 min manat cərimələndi  |     20:59 Azərbaycanda 198 uşaq vərəmə yoluxub  |    
Left Banner
Right Banner

İlham Əliyev akademikin vəfatı ilə bağlı nekroloq imzaladı

07.01.2020 17:35 1 952
İlham Əliyev akademikin vəfatı ilə bağlı nekroloq imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev akademik Bahadır Hüseyn oğlu Tağıyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

AZƏRTAC xəbər verir ki, nekroloqda qeyd edilib:

“Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Fizika sahəsində tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Bahadır Hüseyn oğlu Tağıyev 2020-ci il yanvarın 7-də ömrünün 86-cı ilində vəfat edib.

Bahadır Tağıyev 1934-cü il mart ayının 13-də Masallı rayonunun Türkoba kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1952–1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində ali təhsil alıb, 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olub və 1960–1962-ci illərdə aspirantura təhsilini SSRİ Elmlər Akademiyasının Leninqraddakı Yarımkeçiricilər İnstitutunda davam etdirib.

Əmək fəaliyyətinə 1956-cı ildə Masallı rayonunda başlayan Bahadır Tağıyev 1959-cu ilədək burada kənd və qəsəbə orta məktəblərində müəllim işləyib. O, 1962-ci ildən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayaraq, Akademiyanın Fizika İnstitutunda 1966-cı ilədək kiçik elmi işçi, 1966–1974-cü illərdə böyük elmi işçi, 1974–1993-cü illərdə laboratoriya müdiri olub, 1993–2002-ci illərdə institut direktorunun birinci müavini, 2002-ci ildən institutun baş elmi işçisi, problem şurasının rəhbəri vəzifələrində çalışıb. Bahadır Tağıyev, eyni zamanda, 1996–2009-cu illərdə Milli Aviasiya Akademiyasında fizika fakültəsinin professoru vəzifəsində işləyib, 2009-cu ildən bu Akademiyanın Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunun direktoru və fizika kafedrasının müdiri olub.

Bahadır Tağıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1977-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib, 1984-cü ildə professor elmi adı alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Аkademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

Akademik Bahadır Tağıyev yarımkeçiricilər fizikası, texnologiyası və texnikası sahəsində səmərəli fəaliyyəti ilə respublikada fizika elminin inkişafına sanballı töhfələr vermiş alimlərdəndir. O, binar və mürəkkəb tərkibli yarımkeçirici birləşmələrin kristallarının alınması, onlarda yüksək elektrik sahə effektlərinin, lüminessensiya hadisələrinin öyrənilməsi, yeni lüminoforların və işıq mənbələrinin yaradılması sahələrində mühüm elmi-texniki nəticələr əldə edib. Həmin nəticələrdən yarımkeçiricilərdə və dielektriklərdə qüvvətli sahədə elektrikkeçirmənin nəzəri əsaslandırılması və nadir torpaq elementlərinin atomdaxili elektron keçidlərinin hesablanması zamanı geniş istifadə olunub. Alimin rəhbərliyi altında elektromaqnit şüaları ilə idarə olunan yaddaş elementləri, yüksək modulyasiya əmsallı qəbuledicilər, fotodiodlar və digər çeviricilər yaradılıb tətbiq edilib.

Bahadır Tağıyev ölkəmizdə və onun hüdudlarından kənarda işıq üzü görmüş 350-dən artıq elmi əsərin, çox sayda müəlliflik şəhadətnaməsi və patentlərin müəllifidir. Onun rəhbərliyi ilə 40-a yaxın fəlsəfə doktoru və elmlər doktoru yetişdirilib. Beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə Azərbaycan elmini uğurla təmsil edən Bahadır Tağıyevin fundamental araşdırmalarını bir sıra ölkələrin mötəbər elmi dairələri yüksək dəyərləndirib.

Akademik Bahadır Tağıyevin elmi, elmi-təşkilatçılıq və pedaqoji fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilib. O, 1988-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatını alıb, 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub, 2018-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və pedaqoq Bahadır Hüseyn oğlu Tağıyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!


İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Oqtay Əsədov

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Ramiz Mehdiyev

Ceyhun Bayramov

Arif Paşayev

İbrahim Quliyev

Nazim Məmmədov

Cavad Abdinov

Telman Əliyev”скачать dle 11.3
Mojo.az Banner