Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Aksiz markası ilə markalanmayan spirtli içkilər aşkarlandı

30.12.2019 23:01 1 878
Aksiz markası ilə markalanmayan spirtli içkilər aşkarlandı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə "Mercedes Benz 0403" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan spirtli içkilərin olduğu barədə əməliyyat məlumatı daxil olub və həmin avtomobil nəzarətə götürülüb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində Gürcüstan vətəndaşının idarə etdiyi avtomobil Tovuz rayonu ərazisində saxlanılıb. Tovuz gömrük postunun inzibati binasına gətirilən nəqliyyat vasitəsinə gömrük baxışı zamanı yük yerində olan karton qutularda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, üzərlərində "Ballatines" yazılan 24 ədəd 1 litrlik, "Jagermaster" yazılan 1 ədəd0,5 litrlik, "Royal Park" yazılan 12 ədəd 1litrlik, "Yeni Rakı" yazılan 15 ədəd0,5 litrlik, "Yeni Rakı" yazılan 24 ədəd0,7 litrlik, "Yeni Rakı" yazılan 18 ədəd 1 litrlik və "Jameson" yazılan 5 ədəd 1 litrlik spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər