Mojo.az Banner
12:59 Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb  |     12:53 Onlayn alış-verişdə vətəndaşlar ən çox hansı problemlərlə üzləşir?  |     12:44 İmişlidə toy yasa qarışdı - 25 yaşlı şəxs ŞADLIQ EVİNDƏ ÖLDÜ  |     12:40 Ağdaşda ana və oğlu BIÇAQLANDILAR, ər saxlanıldı - TƏFƏRRÜAT (Yenilənib)  |     12:37 Vətəndaşların ad-soyadını qanunsuz dəyişdirən rəislə bağlı YENİ QƏRAR  |     12:35 Bərdədə "Prius" 49 yaşlı kişini vurdu, xəstəxanada keçindi  |     11:58 Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib  |     11:55 "Telegram" istifadəçilərinə XƏBƏRDARLIQ: Dələduzlar yeni üsula əl atırlar  |     11:53 Pensiyaların yenidən hesablanması ilə bağlı YENİLİK olacaq? - Video  |     11:45 Bu tarixdə Ay tutulması 4 bürcün həyatını dəyişəcək – Astroloqdan AÇIQLAMA  |     11:40 Bu məhsullarda kif və acı dad varsa, istifadə etməyin! – VACİB XƏBƏRDARLIQ  |     11:27 Kirayə evlər daha da bahalaşacaq - ÇIXIŞ YOLU  |     11:17 Bütün sosial ödənişlərin yekunlaşacağı TARİX AÇIQLANDI  |     22:57 Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb  |     22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |     21:40 "Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi  |    
Left Banner
Right Banner

AQTA kütləvi içki zəhərlənmələri ilə bağlı yeni məlumat yaydı - Minlərlə içki şüşəsi aşkarlandı

28.12.2019 17:56 1 400
AQTA kütləvi içki zəhərlənmələri ilə bağlı yeni məlumat yaydı - Minlərlə içki şüşəsi aşkarlandı
Qida Təhlükəsizliyi Agentliyi kustar üsulla hazırlanmış “Chivas Regal12” əmtəə nişanlı spirtli içkilərin təhlükəsi ilə bağlı yeni məlumat yayıb.

AQTA-dan Oxu.Az-a bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161 a ünvanında olan anbarda “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin, müxtəlif növ spirtli işçilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunub:

“Bu fakt, əslində, hadisənin nə dərəcədə təhlükəli və irimiqyaslı olduğunu göstərir. Eyni zamanda, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarına təqdim olunmuş “Chivas Regal 12” sipirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan (0.05%) dəfələrlə yüksək (76,6%) və insan həyatı üçün son dərəcə təhlükəli olduğu aşkar olundu.

Metil spirti güclü zəhərli maddədir və ilk növbədə sinir və qan-damar sisteminə təsir göstərir, insan tərəfindən təxminən 10 ml miqdarda istehlakı zamanı göz sinirinin və torlu qişanın zədələnməsinə, korluğa gətirib çıxarır. Ümumiyyətlə 80-150 ml-dən çox qəbulu isə ölümcül təsir göstərir.

Kimsə ucuz olduğu üçün bu içkiləri alıb bayram günündə istifadə etməyi düşünürsə, həmin şəxslər bunun özləri və yaxınları üçün faciə ilə bitəcəyini bilməlidirlər. Belə qanunazidd hallarla üzləşdikdə isə müvafiq qurumlara - Baş Prokurorluğun (102) 498-10-54 nömrəli əlaqə vasitəsinə və ya Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı mərkəzi”nə məlumat vermək lazımdır.

Eyni zamanda, hər bir istehlakçı ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirməli və məhsulların mənşə sənədlərini tələb etməlidir”.

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtdakı restoranlarda yeddi nəfər saxta viskidən zəhərlənib. Onlardan ikisi ölüb, birinin isə hər iki gözü kor olub.

Qurbanlardan biri Nərimanov rayonu 18-ci Polis Bölməsinin cinayət-axtarış şöbəsinin müdiri 32 yaşlı Bayramov Sərxan Niyazi oğlu olub.скачать dle 11.3
Mojo.az Banner