Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Mingəçevirdə şirniyyat sexi bağlandı - FOTO

26.12.2019 14:17 3 036
Mingəçevirdə şirniyyat sexi bağlandı - FOTO
Mingəçevir şəhərində şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları şəhərin Mehman Bəkirov küçəsi, Əşya bazarı ərazisi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ömərov Nəsimi Rövşən oğluna məxsus un məmulatları istehsalı sexində reyd keçiriblər.

Reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi aşkarlanıb. Yoxlama zamanı istifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlər təqdim olunmayıb.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.





Son xəbərlər