Mojo.az Banner
SON DƏQİQƏ
14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni ili evdə qeyd etmək bizə neçəyə başa gələcək? — SİYAHI VƏ QİYMƏTLƏR

25.12.2019 20:37 5 501
Yeni ili evdə qeyd etmək bizə neçəyə başa gələcək? — SİYAHI VƏ QİYMƏTLƏR
Yeni il yaxınlaşdıqca, insanlar onu harada keçirsələr daha maraqlı olacağı haqqında narahatlıq keçirirlər. Kimi evində ailəsi ilə, kimi isə restoran, istirahət mərkəzləri və xarici ölkələrdə keçirmək istəyirlər. Əlbəttə ki, bu da ailə büdcəsindən asılıdır. El diliylə desək, hər kəs “ayağını yorğanına görə uzatmalıdır”. Bəs görəsən ev şəraitində 4-5 nəfərdən ibarət ailənin ortabab bayram süfrəsi hazırlaması üçün nə qədər vəsait lazımdır?
Ölkə.az bayram süfrəsinə daxil olan təamların orta bazar qiymətləri haqqında apardığı kiçik araşdırmanı təqdim edir.

Bugünkü menyumuza daxildir: Paytaxt salatı, dolma, aş və sobada toyuq.

Bundan əlavə süfrənin soyuq qəlyanaltılarını da hesablasaq: pomidor, xiyar, göyərti, çörək və meyvə şirələri.

Minimal yemək sayı olan menyunun neçəyə başa gələcəyini orta bazar qiymətləri ilə hesablamağa çalışdıq.


Paytaxt salatı ( 1 kq kartof – 85 qəpik, 300 qr yerkökü – 30 qəpik, 6 ədəd yumurta- 65 qəpik, 300 qr duzlu xiyar – 1.15 qəpik, 200 qr yaşıl xiyar – 1.20 manat, 400 qr mal əti – 5 manat, 1 banka konservləşdirilmiş, göy noxud – 1.80 manat, keşniş, şüyüd,- 40 qəpik, mayonez 200 qr mayonez – 1 manat, 1 banka xama – 1.65 manat) bizə 14 manata başa gələcək.


Dolma üçünsə biz (500 qr qoyun əti – 6.50 manat, 2-3 dənə soğan- 30 qəpik, 1 dəstə şüyüd, 1 dəstə keşniş, 1 dəstə nanə - 60 qəpik, 150 qr yumru düyü – 20 qəpik, yarpaq – 2 manat, qatıq- 1.20 manat)- cəmi 10 manat 80 qəpik xərcləməli olacağıq.


Süfrələrin şahı plov üçün isə (1 kq düyü – 4 manat, 250 qram şit yağ- 3.70 qəpik, 500 qram ət – 7 manat, 1 kiloqram soğan -30 qəpik, 300 qram təmizlənmiş şabalıq -3 manat, 100 qr alça turşusu – 1.83 manat, zəfəran 2 qram- 2 manat) – 21 manat 83 qəpik ödəyəcəyik.


Sobada toyuq üçün isə 1 ədəb broyler toyuq alsaq, buna görə, 5-6 manat xərcə düşəcəyik.

Yeməkləri bişirdikdən sonra sıra bayram süfrəsini bəzəməyə gəldi. Yeməkləri bişirmək nə qədər yorucudursa, onları süfrəyə düzüb, qonaqlara düzgün təqdim etmək bir o qədər çətin işdir.

Sizə sadə bir süfrə bəzəmək (pomidor – 500 qram – 1.15 manat, xiyar- 500 qram- 1.65 manat, göyərti ortalama 3-4 dəstə - 60 qəpik, çörək – 1 manat, meyvə şirələri 2-3 qab- 5.25 manat) – 9.65 manata başa gələcək.


Yemək yedikdən sonra süfrələri şirniyyatlar bəzəyir. Orta statistik ailə məvacibi olan insanların şirniyyat süfrəsini nə bəzəyir? Buna görə, mağazaya yollanıb orta ölçülü tort alsaq, bu bizə 25-30 manata başa gələcək. Bundan başqa süfrəyə konfet, limon və çay düzsək 10-15 manat xərcə düşməli olacağıq.

Sonda süfrələri bəzəyən meyvəyə keçək. Bunun üçün ən azı bizə alma, armud, banan, naringi lazım olacaq. Bəs, bu meyvələr bizə neçəyə başa gələr?
Bazar qiymətlərinə görə, bu bizə (alma – 500 gram – 1 manat, armud – 500 qram – 2 manat, banan – 500 qr – 1.10 manat, narincı -500 qram- 90 qəpik) 5 manata başa gələcək.


Yeni ili evimizdə, ailəmizlə süfrə başında qeyd etsək ümumi bizə yemək süfrəsi bizə 62.28 manata çay süfrəsi isə 40 manatdır.
Sondakı nəticələrə görə, yeni il süfrəsi üçün biz 102 manat 28 qəpik xərcə düşəcəyik.
Süfrəniz hər zaman açıq olsun!скачать dle 11.3

Son xəbərlər