Mojo.az — elanlar
Son Xəbərlər
22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |     20:32 Ordubadın Dırnıs kəndindən sel keçib  |     20:08 Naxçıvanda vəzifəli şəxs həbs edildi  |     19:39 Bakıda yaşayış binasında uçqun  |     19:28 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib  |    
Mojo.az Avto
Mojo.az Avto

CİNAYƏT: "Semaşko"da 11 günlük körpə satılıb - VİDEO

25.12.2019 14:15 6 977
CİNAYƏT:
"Semaşko" xəstəxanasında (1 saylı Kliniki Tibbi Mərkəz) 11 günlük körpə satılıb.

Hadisə 31 il əvvəl - 1989-cu ildə baş verib.

İllər öncə törədilən cinayətin üstünü ATV-nin "BizimləSən" proqramı açıb. Hər şey Elmira adlı qadının 31 il əvvəl dünyaya gətirdiyi, lakin xəstəxanada öldüyü bildirilərək əlindən alınan qızının axtarışa çıxması ilə üzə çıxıb.
Uşağı satın alan qadının baldızı həmin zaman "Semaşko"da həkim işləyib. Onun vasitəsilə hamilə olmayan gəlinləri 2 ay əvvəl xəstəxanada hamilə kimi qeydiyyata salınıb. Daha sonra onu doğuş şöbəsinə yerləşdirirlər. 11 gündən sonra, məhz Elmira xanım xəstəxanadan evə buraxılan günü uşağı o vaxt ölkəmizdə dövriyyədə olan 450 rus rubluna satırlar.

11 gün körpəsini əmizdirən anaya isə uşağın ölüm xəbərini verirlər və evə əliboş yola salırlar.

Zaur Baxşəliyev uşağı satın həkimi və alan qadını tapdıqlarını efirdə bəyan edib. Uşağı alan qadının Ağstafa rayonundan olduğunu, hazırda isə Bakıda yaşadığını bildirir.

Cinayətin detalları barədə növbəti buraxılışlarda məlumat veriləcək.
/Baku.ws/

Son xəbərlər