Mojo.az Banner
19:20 Ərdoğan Özbəkistan Prezidentini COP31-ə dəvət edib  |     19:05 “Dinamo” -“Neftçi” matçının hakimləri açıqlandı  |     18:55 Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları (TAM SİYAHI)  |     18:51 Avtobusda sərnişinin çantasından 440 manat oğurladı - Həbs olundu  |     18:46 Təbiət qoynunda istirahət edənlərin diqqətinə - Nazirlik XƏBƏRDAQLIQ yaydı  |     18:42 "Space TV"dən bank hesablarına həbs qoyulması ilə bağlı AÇIQLAMA (Yenilənib)  |     17:36 2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb  |     17:29 Azərbaycanda hakimlərin fəaliyyəti ilə bağlı QƏRAR  |     17:12 ADY: Tbilisi istiqamətində növbəti əlavə vaqonların istismarı üçün iş aparılır  |     17:03 Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - DOSYE  |     16:49 Son altı alda neçə nəfər Azərbaycana ekstradisiya edilib?  |     16:22 Baş Prokurorluqda səkkiz əməkdaş intizam məsuliyyətinə cəlb edilib  |     16:03 Qonaq getdiyi qohumunun evini taladı  |     15:44 Azərbaycanda bir neçə müəssisə ləğv olunub (Yenilənib)  |     15:41 Qayanada gəminin batması nəticəsində ölənlərin sayı 72-yə çatıb  |     15:40 Xaricdə təhsil hüququ qazananların SİYAHISI AÇIQLANDI  |     15:32 Oğuzda yanğın törədən şəxsin kimliyi MƏLUM OLDU  |     13:18 Ermənilər daha rusiyalılara süd verə bilməyəcəklər  |     13:08 Bakıda birgə kirayədə yaşadığı şəxsi öldürənə HÖKM OXUNUB  |     12:45 Anar Məmmədliyə 14 il müddətinə həbs cəzası istənildi  |    
Left Banner
Right Banner

İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi

25.12.2019 14:09 4 025
İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi
Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

Dövlətimizin başçısı ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Alavərdi Culfayevə, Yavuz Eminbəyliyə və Ramiz Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədləri təqdim edib.

Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Paşa Əliyev, Tərlan Həsənov, Şahlar Mustafayev, Azər Həsənov, İqdam Ələkbərov, Tofiq Heydərov və Böyükağa Ağayev Əməkdar bədən tərbiyəsi və idman xadimi, idman səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Natiq Əliyev və Emiliya Hüseynovaya Əməkdar həkim, Rəşad Cavadova isə Əməkdar jurnalist fəxri adlarının vəsiqələri təqdim olunub.

Tədbirdə Pərviz Tağıyev, Ramiz Quliyev, Nazim Səmədov, Orxan Qəribov, Yalçın Qaralı, Şahin Mahmudov, Nadir Əzizov və Ramil Əhmədov Milli Olimpiya Komitəsi Prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.

Prezident İlham Əliyev 2019-cu ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə - Salman Əlizadə, Bəhram Mürvətov, Qərib Əliyev, Rəşad Məmmədov, Ramiz Ramizzadə, Bəhruz Salehli, Səbinə Məmmədova, Elxan Süleymanov, Səid Quliyev, Əbülfəz Məmmədov, Rəşad Əbdürrəhmanov, Vladislav Qədirov, Anar Allahverdiyev, Xanım Balacayeva, Kərim Sərdarov, Emil Həsənov, Kamil Qafarov, Ceyhun Hüseynov, Asiman Qurbanlı, Cabbar Mustafayev, Faiq Quliyev, Şahbandlu Rəcəbzadə və Səməd Qurbanova yeni mənzillərin orderlərini təqdim edib.

Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar incəsənət xadimi Zərifə Salahova Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.скачать dle 11.3
Mojo.az Banner