Bu rayonda həkimlərin maaşı 50 faiz artırıldı
Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, sərəncamla Babək rayonunda icbari tibbi sığorta tətbiq edilib.
Eyni zamanda Babək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib. Bundan başqa, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Babək Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşları 2020-ci il yanvarın 1-dən 50 faiz artırılır.
