Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
1995-ci il təvəllüdlü Vəliyev Kənan Bəhruz oğlu tanımadığı şəxslə mübahisə edib. Nəticədə o, bıçaq xəsarətləri alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.