Mojo.az Banner
19:29 Lerikdə 5 ton narkotik bitki məhv edildi  |     19:24 Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər imtahan verəcək  |     19:10 Tikilən yeni ev mənzilini yarasız hala saldı - VİDEO  |     19:03 Rusiya bu ölkələrlə dəmir yolu keçidini bağlayır  |     18:21 Bu şirkətdə milyonluq yeyinti - Həbs edilənlər var  |     18:08 Azərbaycanda 45 nəfərə pulsuz mənzil veriləcək  |     17:50 Ölkədə bəzi şəxslərin evləri PULSUZ TƏMİR OLUNACAQ  |     17:29 "Qarabağ" böyük hesabla uduzdu  |     17:16 Goranboyda həkim qadının meyiti göldən tapıldı  |     17:08 Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb  |     16:54 Avropa Komissiyasının Prezidenti Azərbaycana gəldi  |     16:28 Rusiya Silahlı Qüvvələri Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     16:09 Göldə 53 yaşlı həkimin meyiti tapıldı  |     15:55 AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır  |     15:29 II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək - Tarix açıqlandı  |     15:24 Leyla Əliyeva "Azəripək" ASC-nin fəaliyyəti ilə yaxından tanış olub - FOTO  |     15:17 Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib - FOTO  |     14:52 Alimlərdən xəbərdarlıq: Mart ayından bəri ən güclü maqnit qasırğası gözlənilir  |     14:44 Bəzi qatarların hərəkət qrafiki dəyişdi  |     14:20 Xarici universitetlərdən yerdəyişmə etmək istəyən TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ  |    
Left Banner
Right Banner

Prezident: Xalqımız müstəqillik ideallarımıza sadiq istedadlı qələm sahiblərinə ehtiram göstərir

19.12.2019 21:12 2 762
Prezident: Xalqımız müstəqillik ideallarımıza sadiq istedadlı qələm sahiblərinə ehtiram göstərir
Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin üzvlərini birliyin 85 illik yubileyi münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Sizi – ölkəmizin ədəbi ictimaiyyətinin nümayəndələrini Azərbaycan Yazıçılar Birliyinin 85 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

Ötən əsrlərin söz sənətkarlarını ətrafında toplamış ədəbi məclislərin yeni tarixi şəraitdə varisi olan Yazıçılar Birliyi mədəni həyatımızda özünə məxsus yer tutur.

Birlik totalitar sovet rejiminin ədəbi fəaliyyətə sərt direktivlərlə istiqamət verdiyi ideoloji yasaqlar dövründə yaransa da, ədəbi nəsillər arasında varisliyi təmin etmiş, ictimai fikrin milli özünüdərk zəminində formalaşdırılması, ana dilimizin saflığının qorunması və bədii sərvətlər xəzinəmizin zənginləşdirilməsində əhəmiyyətli rol oynamışdır.

Birliyin xalqımızın azadlıq ruhunun canlandırılması, mübarizə əzminin gücləndirilməsi və istiqlal duyğusunun dirçəldilməsində, dövlət müstəqilliyimizin mənəvi əsaslarının möhkəmləndirilməsində xüsusi xidmətləri vardır.

Mütərəqqi və humanist ideyalardan qidalanmış klassik irsimizi nəcib ideya-fəlsəfi axtarışlar ədəbiyyatı və xalq həyatının bədii salnaməsi hesab edən ulu öndər Heydər Əliyev yazıçını “mədəniyyətin milli sərvətlərinin əsas mühafizəçisi” adlandırırdı.

Azərbaycan ictimai-mədəni fikrinin inkişafına töhfələr vermiş və ədəbiyyatımızı dünya ədəbi irsinin ayrılmaz tərkib hissələrindən biri olaraq tanıdıb sevdirmiş görkəmli söz ustalarımızın adları bizə son dərəcə əzizdir. Xalqımız şeiri, sənəti hər zaman yüksək qiymətləndirmişdir və bu gün də əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək müstəqillik ideallarımıza sadiq istedadlı qələm sahiblərinə ehtiram göstərir. Ümidvaram ki, yaradıcılıq aləminə qədəm qoyan gənc ədəbi qüvvələr də ədəbi-mədəni ənənələrimizin layiqli davamçıları olacaq, azərbaycançılıq məfkurəsi işığında milli təəssübkeşlik hissi ilə yazıb yaradacaqlar.

Qloballaşma dalğasının getdikcə daha geniş vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə məruz qaldığı bir vaxtda təşkilatınızın üzərinə mühüm vəzifələr düşür. İnanıram ki, siz həmin vəzifələrin öhdəsindən lazımınca gələcək, günümüz üçün aktual mövzuları və cəmiyyəti düşündürən məsələləri diqqətdə saxlayacaq, dərin mənəviyyat və bədii-estetik zövq aşılayan əsərlərlə oxucuları bundan sonra da sevindirəcəksiniz”.скачать dle 11.3
Mojo.az Banner