Mojo.az Banner
12:39 Ağdaşda 53 yaşlı kişinin meyiti aşkarlanıb  |     12:36 Bu ilin ilk 7 ayında neçə nəfərə əlillik təyin edilib?  |     12:35 Ötən ay 132 nəfər Azərbaycandan çıxarılıb  |     12:31 Rusiya ordusu Ukraynada sərnişin qatarını vurdu: Ölənlər var  |     12:28 Azərbaycanda mövcud epidemioloji vəziyyət AÇIQLANDI  |     12:18 “Simurq” kitabxanasının taleyi necə olacaq? – Rəşad Məcid Median.Az-a danışdı  |     12:07 Şəhid atası "Azərişıq"dan şikayətləndi: "Sayğaca yüklədiyim pul yoxa çıxır" — FOTO  |     11:49 Şuşakənddə insan sümüyünə bənzər qalıqlar aşkarlanıb  |     11:39 Samuxda beş nəfər xəstəxanaya yerləşdirildi - Qarayara xəstəliyinin əlamətləri aşkar edildi (Yenilənib)  |     11:29 Telefon almaq istəyənlərə xəbərdarlıq: Bu tarixdən qiymətlər artacaq  |     11:26 İqtisadçıdan xəbərdarlıq: Qırmızı ət yaxın illərdə lüks məhsula çevrilə bilər  |     11:19 Pensiya və müavinətlərə ayrılan vəsait 570 milyon manat artıb  |     22:54 Kennedinin qohumu Rusiyada qiyabi həbs olundu  |     22:46 Tümendən Bakıya uçan təyyarə Ufada məcburi eniş etdi  |     22:44 Bakıdan Yekaterinburqa uçmalı olan təyyarə xarab olub - 24 saatdan çox gecikmə qeydə alınıb  |     21:40 "Fənərbağça" Lukakunu transfer etdi  |     21:30 13:31 saatının mənası nədir?  |     21:07 Ələt-Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var  |     20:50 “Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş  |     20:44 İlin ikinci Günəş tutulması başa çatdı (YENİLƏNİB)  |    
Left Banner
Right Banner

Uşaqların boyunun uzanmamasının səbəbləri: araşdırmalar nə deyir?

14.12.2019 22:29 2 677
Uşaqların boyunun uzanmamasının səbəbləri: araşdırmalar nə deyir?
Valideynlərin əksəriyyəti övladlarının uzun boylu olmasını arzulayır. Hətta bunun üçün müxtəlif vasitələrə əl atırlar. Uşaqlarının daha yaxşı boy atması üçün dərmanlardan mədəd umanlar da az deyil. Görəsən, uşaqların boyunu atmasına hansı amillər mane olur?

Fizioterapevt Zaur Əliyevin bildirdiyinə görə, uşaqların boyunun atmasında birincisi, genetik, ikincisi, onurğa sütununun əyri olması amili əsas rol oynayır: "İnsan onurğa vasitəsilə boy atır, böyüyür. Əgər onurğada əyrilik, fəqərənin pozulması kimi problemlər varsa, bunun nəticəsində boy artmır. Bundan başqa, əgər insanın genində, nəslində boy qısalığı varsa, bu amil irsən ötürülür. Qidalanma amilinin rolu azlıq təşkil edir”.

Həkimin sözlərinə görə, yetkinlik yaşına çatmış insanlarda boyun 1 metr 60-65 santimetrə qədər uzanması normal hesab olunur.

Onun sözlərinə görə, uşaqların boyunun yaxşı atması üçün vaxtında müayinə etdirmək, onurğasında problemi, fəqərə burulması varsa, aradan qaldırmaq lazımdır: "Onurğasında problemi olan uşaqlar inkişaf etmir”.

Z.Əliyev onu əlavə edib ki, uşaqlar 18-yaşına çatdıqdan sonra boyatma dayanır.

Qeyd edək ki, dünyada aparılan tədqiqatlara görə, boyun 190 sm-ə qədər uzanması insana yaraşıq versə də, həmin göstəricidən çox olması artıq normal sayılmır.

Bundan başqa, aparılan araşdırmalar boyatmada böyümə hormonunun (Somatotropin) da rol oynadığını ortaya qoyur. Çünki həmin hormon uşaqların sümük toxumalarını xəbərdar edər və onların boylarının uzanmasına təsir göstərər.

Hormonun az ifraz olunması boyun uzanmasına mənfi təsir edir. Uşaqlarının boyu balaca olan valideynlər bu hormonun miqdarını yoxlatdıra bilərlər.

Dünyada aparılan araşdırmalar nizamlı və sağlam qidalanmanın da boya təsir etdiyini ortaya qoyur. Proteinli qidalar uşaqların boyunun uzanmasına müsbət təsir edir. Buna görə də uşaqların süd və süd məhsulları, eləcə də ət məhsulları ilə qidalanması önəmlidir.

Bundan əlavə, uşaqlar müxtəlif tərəvəz və meyvələr, qoz-fındıq da istifadə etməlidir.

Alimlərin fikrincə, insanların yaşadıqları bölğə və iqlim şərtləri də boya təsirsiz ötüşmür. Məsələn, şimalda soyuq iqlimdə yaşayan uşaqlar isti cənub ölkələrində olanlardan daha çox boy atır. Elm adamları hesab edir ki, Günəş şüalarının çoxluğu boyartma prosesinə mənfi təsir edir.

Həkimlərin verdiyi məlumatlara görə, sağlam uşaqlar daha yaxşı boy atır. Tənəffüs yolları problemləri, qan azlığı, bağırsaq və ürək narahatlıqları boyun uzanmasına əngəl ola bilir.

Bundan başqa, uşaqların ruhi vəziyyəti də boy artmasında rol oynayır. Psixoloji pozğunluqlar, stress kimi faktorlar boyun uzanmasına mənfi təsir edir.

Dünyada aparılan tədqiqatlara görə, qızlarda 19, oğlanlarda 21 yaşında boyun uzanması tamamlanır. Əgər uşaqlar bir ildə 5 santimetrdən az boy atırsa, son bir ildə geyimlərinin, ayaqqabısının ölçüsündə dəyişiklik qalmayıbsa, sinifdə hamıdan balaca olması ilə bağlı şikayət edirsə, yaşıdlarından balaca olduğundan, özü üçün daha azyaşlı dostlar seçirsə, boyunun balacalığından dolayı özünə olan güvənini itirir və dərslərində geri qalırsa, deməli, narahatlığa əsas var.//lent.azскачать dle 11.3
Mojo.az Banner