Polis Cəlilabadda xüsusi əməliyyat keçirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Ətin bahalaşmasını necə dayandırmalı? - Ekspert açıqladı  |     22:54 HƏMAS rəhbərliyi İsrailin Dohaya hücumunda xəsarət almayıb  |     22:48 “Gips” zavodu cərimələndi  |     22:42 TƏBİB və İcbari Tibbi Sığorta Agentliyində yoxlama başladı - RƏSMİ  |     22:27 AP: "iPhone"un qiməti 1000 dollar arta bilər  |     22:22 Azərbaycanla Rusiyanın birgə yaratdığı şirkət ləğv edilir  |     22:14 Bu şəhərin Baş planı təsdiq edildi  |     22:07 "Rusiyanın artıq Ermənistanda uğur qazanması mümkün deyil" - Politoloq  |     22:00 Yaponiya dünyanı yenidən şoka saldı: 20 AES gücündə günəş panelləri yaradıldı  |     21:52 Komaya düşən baş həkimin vəziyyəti açıqlandı  |     21:45 "Rezonans" klinikasında pasientin telefonu oğurlandı  |     21:40 Xəstələri əvvəlcə zəhərləyib sonra xilas edən həkimi ömürlük həbs gözləyir  |     21:29 Parisdə məscidin qapısına donuz başları atılıb  |     21:23 Süd qəbulu məntəqəsində nöqsanlar aşkarlandı  |     21:15 Yatmazdan əvvəl bir fincan çobanyastığı çayı için!  |     21:08 Tupak Şakurun qətlinin sifarişçisi açıqlandı  |     21:00 Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri dinlənilib  |     20:53 Azərbaycan və Latviya arasında strateji dialoqun dördüncü iclası keçirilib  |     20:47 Yekaterinburq məhkəməsi Mutvalı Şıxlinskinin həbs müddətini uzadıb  |     20:46 HAMAS liderləri İsrailin hücumundan sağ çıxıblar  |    

Polis Cəlilabadda xüsusi əməliyyat keçirdi

Cəlilabad rayonunda xüsusi əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəllər Rusiyada və Azərbaycanda dəfələrlə məhkum edilmiş, hazırda Cəlilabad şəhərində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan 40 yaşlı Teymur Əhmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, odlu silah saxlaması, şantaj və hədə-qorxu ilə pul tələb etməsi barədə Cəlilabad Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Bununla əlaqədar polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə T.Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə Cəlilabad şəhərində saxlanılaraq RPŞ-yə gətirilib.

Özünün və hal şahidlərinin iştirakı ilə onun avtomobilinə baxış keçirilib, oradan narkotik vasitə olan 455 qram heroin, 1 ədəd elektron tərəzi və balta aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə onun paytaxt ərazisindəki evində odlu silah saxlaması da müəyyən olunub.
Dərhal Bakı şəhərinə ezam olunmuş Cəlilabad RPŞ-nin əməkdaşları T.Əhmədovun yaşadığı mənzilə baxış keçirmiş, oradan “Kalaşnikov” markalı avtomat, içərisində 12 ədəd patron olan daraq aşkar edilərək götürülüb.

Bundan əlavə, T.Əhmədovun Cəlilabad şəhər sakini olan bir nəfəri barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək müxtəlif vaxtlarda ondan ümumilikdə, 50 min manat pul alması, həmçinin hədə-qorxu yolu ilə zərərçəkmişə məxsus “VAZ-2109” markalı avtomobili zorla alması da müəyyən edilib.

Aşkar olunmuş faktlar üzrə Cəlilabad RPŞ-də araşdırmalar aparılır.

T.Əhmədovun digər cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.//ölkə.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 420 14.12.19 20:06